Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
8 Noyabr – Zəfər Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı təhsil müəssisələrində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, 6-7 noyabr tarixlərində bütün təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş xüsusi dərslər təşkil ediləcək.
Bununla yanaşı, Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş forum, konfrans, simpozium, “dəyirmi masa” və seminarların keçirilməsi planlaşdırılır.
Tədbirlər çərçivəsində şagird və tələbələrin Zəfər Muzeyinə ekskursiyaları təşkil olunacaq, həmçinin müxtəlif müsabiqə, sərgi, festival, konsert və tamaşalar keçiriləcək.
Eyni zamanda ildönümünə həsr olunmuş idman yarışlarının, yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlərin təşkili, eləcə də “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” layihəsi çərçivəsində müharibə iştirakçılarının gənclərlə mütəmadi görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Tədbirlərin əsas məqsədi Zəfər tarixinin təhsilalanlar arasında təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin və qazanılmış Zəfərin yaddaşlarda yaşadılmasıdır.
Digər xəbərlər
-
Zəfər abidəsi ziyarət edilib
08.11.2026 - 16:19 -
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
07.11.2026 - 11:24 -
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
07.11.2026 - 11:00 -
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
07.11.2026 - 09:52 -
Nazir müavini İdris İsayev İƏT Təhsil İnstitutunun Himayəçilər Şurasının 5-ci iclasında iştirak edib
06.11.2026 - 18:32
