Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bloger və influenserlərlə açıq dialoq formatında görüş keçirilib

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bir qrup bloger və sosial media təsirçiləri ilə ( influenser) görüş keçirilib.
 

Açıq dialoq formatında keçirilən görüşdə nazirliyin və tabeliyində olan qurumların ictimaiyyətlə əlaqələr və kommunikasiyaya məsul əməkdaşları, eləcə də geniş izləyici kütləsinə malik olan bir qrup bloger və sosial media təsirçisi (influenser) iştirak edib.
 

Görüşün əsas məqsədi ictimai fikir formalaşdıran və geniş auditoriyaya təsir imkanına malik bloger və influenserləri elm və təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətləri, əldə olunan nəticələr və qarşıya qoyulan yeni hədəflər barədə məlumatlandırmaq, müxtəlif təhsil pillələri üzrə yenilikləri təqdim etmək, eyni zamanda fikir və təkliflərin mübadiləsi üçün açıq və konstruktiv ictimai platforma yaratmaq olub.
 

Görüşdə salamlama nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bloger və influenserlərin müasir dövrdə ictimai rəyin formalaşmasında mühüm rol oynadığını bildirib. Səbuhi Rzayev elm və təhsil sahəsində həyata keçirilən islahatların cəmiyyətə düzgün, dolğun və operativ şəkildə çatdırılmasında bu platformaların əhəmiyyətini vurğulayıb, əməkdaşlığın qarşılıqlı etimada və açıq dialoqa əsaslanmasının vacibliyini qeyd edib. 
 

Daha sonra təqdimatla çıxış edən Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə “Azərbaycan Respublikasında 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” çərçivəsində elm və təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas hədəflər barədə ətraflı məlumat verib. Şöbə müdiri elm və təhsil sahəsində aparılan proseslərdə ictimai dəstəyin və düzgün maarifləndirmənin önəmini vurğulayıb.
 

Görüşdə çıxış edən bloger və influenserlər elm və təhsil sahəsində aparılan islahatlara dair, eləcə də inklüziv təhsil, müəllimlərin peşəkar inkişafı, məktəb-valideyn münasibətləri, ali təhsildə əmək bazarının tələblərinin nəzərə alınması və digər mövzular üzrə fikirlərini bölüşüblər. Eyni zamanda, bu cür dialoq mühitinin qarşılıqlı etimadı gücləndirdiyi və əməkdaşlıq imkanlarını genişləndirdiyi bildirilib.
 

Müzakirə formatında davam edən görüşdə iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb, təhsil siyasətinin prioritet istiqamətləri, mövcud çağırışlar və perspektiv planlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
 

Görüş sonda qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və gələcəkdə oxşar platformaların təşkil olunmasının vacibliyinin vurğulanması ilə yekunlaşıb.


26.12.2025 - 10:16