Məktəbəqədər və peşə təhsili müəssisələri ATŞ-yə qoşulub
Azərbaycanda sürətli fiber-optik bağlantı ilə təmin olunan təhsil müəssisələrinin sayı artmaqdadır. Təhsil müəssisələrində İKT infrastrukturunun qurulması rəqəmsal texnologiyaların tətbiqi və şagirdlərin onlara çıxışı baxımından öz faydasını verir.
Ölkə üzrə 71 peşə və 53 məktəbəqədər təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. Bu isə öz növbəsində informasiya və kommunikasiya texnologiyalarının təhsil sisteminə inteqrasiyası və idarəetmə sisteminin müasir tələblərə əsasən qurulması deməkdir.
Peşə təhsili müəssisələrinin 77 faizi fiber-optik bağlantı ilə təmin edilib. Bu, tədrisin innovativ formatda təşkilini və real vaxt əməliyyatları zamanı kommunikasiyanın sürətliliyini təmin edir.
Qeyd edək ki, ATŞ müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ölkənin təhsil üzrə ən böyük daxili şəbəkəsidir. Belə şəbəkənin mövcudluğu təhsildə elektronlaşma meyillərinin gücləndirilməsi, interaktiv tədris mexanizmlərinin tətbiqi və innovativ pedaqoji yanaşmaların istifadəsi üçün münbit şərait yaradır.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
