Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb
1 il əvvəl
Elm və təhsil naziri Emin Əmrullayev müxtəlif elm sahələrini təmsil edən, yüksək elmi nailiyyətlərə malik alimlərlə görüşüb.
Görüşdə nazir elm sahəsindəki müasir çağırışlardan, mövcud problemlərin həlli üçün vacib addımlardan və alimlərin bu prosesdəki rolundan bəhs edib.
Daha sonra alimlər elmi tədqiqatlar zamanı üzləşdikləri çətinlikləri və elmin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Görüşdə elmi inkişafın qarşısını alan maneələr və tədqiqatların praktik tətbiqi sahəsindəki imkanlar barədə müzakirələr aparılıb.
Sonda Emin Əmrullayev alimlərin suallarını cavablandıraraq onların təklif və fikirlərinin nəzərə alınacağını və elmin inkişafını dəstəkləmək üçün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.
Digər xəbərlər
-
Milli Süni İntellekt Mərkəzinin hazırladığı "Neyron.ai" platforması “Rəqəmsal məktəb”də istifadəyə verilib
13.11.2026 - 14:30 -
Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır
13.11.2026 - 11:07 -
Həştərxanda ümummilli liderin adını daşıyan məktəbin 15 illiyi qeyd olunub
13.11.2026 - 11:00 -
Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb
11.11.2026 - 18:00 -
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyət göstərir
11.11.2026 - 16:30
