Nazir müavini Həsən Həsənli Astarada olub
Martın 7-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Astara rayonuna səfəri çərçivəsində bir sıra görüş, təhsil müəssisələrinə baxış və vətəndaş qəbulu keçirib.
İlk olaraq Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Sonra nazir müavini Astara şəhər 1 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşüb. Həsən Həsənli tədrisin keyfiyyətinin artırılması və şagirdlərin inkişafına yönəlmiş tədbirlərin vacibliyini vurğulayıb.
Daha sonra Həsən Həsənli Astarada yerləşən 2 və 3 nömrəli tam orta məktəblər, 2 nömrəli körpələr evi - uşaq bağçası və uşaq-gənclər idman-şahmat məktəbində olub. Burada müəssisələrin fəaliyyəti və mövcud şəraiti ilə yaxından tanış olub. Astara şəhər 3 nömrəli körpələr evi - uşaq bağçasında aparılan əsaslı təmir işinə baxış keçirib.
Nazir müavini həmçinin regionda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirərək tədrisin keyfiyyəti, təhsilin idarə olunması və təşkilati məsələlərlə bağlı müzakirələr aparıb. O, qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, təhsil işçilərinin təklif və fikirlərini dinləyib.
Səfər çərçivəsində Həsən Həsənli vətəndaş qəbulu da keçirib. Müraciətlər əsasən işlə təmin olunma, dərs saatlarının artırılması və digər məsələləri əhatə edib. Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
