Nazir müavini “Yaradıcı Azərbaycan” mövzusunda keçirilmiş tədbirdə iştirak edib
Martın 10-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, biznes subyektlərinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbirdə açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli iştirakçıları salamlayaraq qeyd edib ki, tədbirin məqsədi ölkəmizdə mədəniyyət və yaradıcı sənayelərin (MYS) inkişafı istiqamətində əldə olunan nəticələri işıqlandırmaq və atılacaq birgə addımları müəyyənləşdirməkdir. MYS-lərlə bağlı son illərdə qlobal miqyasda müşahidə olunan bir sıra tendensiyalar haqqında danışan Adil Kərimli ölkəmizdə MYS-lərin fəaliyyətinə ayrılan diqqətdən söz açıb.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov işğaldan azad edilmiş ərazilərdə STEAM layihəsinin tətbiqindən danışıb.
Tədbir çərçivəsində Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun “Yaradıcılığı həyat tərzimizə çevirək!” adlı geniş məruzəsi dinlənilib.
Çıxış edən digər qonaqlar MYS-lərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə “Yaradıcı Azərbaycan – 2025” mövzusunda təqdimatla çıxış edib.
Daha sonra nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizovun moderatorluğu ilə “Yaradıcılığa yatırım et!” (İnvest2Create) mövzusunda təqdimatlar olub.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
