Elm və təhsil naziri ICESCO-nun baş direktoru ilə görüşüb
3 il əvvəl
Oktyabrın 4-də elm və təhsil naziri Emin Əmrullayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Elm və Təhsil Nazirliyi ilə ICESCO arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.
Elm və təhsil naziri Emin Əmrullayev ICESCO ilə əməkdaşlıq çərçivəsində tələbə mübadiləsi proqramlarının təsis edilməsinin əhəmiyyətini vurğulayıb, üzv dövlətlərin milli-mənəvi dəyərlərinin təbliğ edilməsində bu proqramların mühüm rola malik olduğunu diqqətə çatdırıb.
Görüş zamanı Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar burada şagirdlər üçün olimpiada və incəsənət festivallarının keçirilməsi də müzakirə olunub.
Bununla yanaşı, Emin Əmrullayev Azərbaycanın STEAM əsaslı tədrisə keçid prosesindən bəhs edib, bu təcrübənin təşkilata üzv dövlətlərlə bölüşülə biləcəyini vurğulayıb.
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
