Magistratura səviyyəsi üzrə SABAH qruplarında təhsil almaq istəyən bakalavrların nəzərinə!
3 il əvvəl
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 6-13 iyul 2023-cü il tarixlərində aparılacaq. İxtisaslaşma seçiminə 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilən magistraturaya qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.
Ali təhsil müəssisələrində müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan SABAH qruplarına (siyahı) savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə 3-10 iyul tarixlərində müvafiq ali təhsil müəssisəsində yaradılacaq komissiyada müsahibədən keçmələri tələb olunur.
Müsahibədə uğur qazanmış bakalavrlara SABAH qruplarına aid müvafiq ixtisaslaşmanı seçmək imkanı veriləcək.
Ali təhsil müəssisəsində keçiriləcək müsahibədə iştirak etmək üçün qeydiyyat Dövlət İmtahan Mərkəzinin internet səhifəsində aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
