Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ticarət və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak edib.

 

İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iştirakçıları məlumatlandırıb. Həsən Həsənli çıxışında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında təhsil alan tələbələrin əhəmiyyətli sayını vurğulayaraq Dövlət Proqramları, eləcə də ikili diplom proqramlarının ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib. Bununla yanaşı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrinin dəstəklənməsi, eləcə də ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib. 

 

Komissiyanın iclasında həmçinin iki ölkə arasında ticari-iqtisadi, sənaye, energetika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida təhlükəsizliyi, mədəniyyət, eləcə də turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti və potensial imkanları müzakirə olunub.

 

Sonda Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb, 2026-2027-ci illəri əhatə edən, 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə birləşdirən Fəaliyyət Planı qəbul edilib.


07.10.2026 - 17:42