Emin Əmrullayev "Google" nümayəndəsi ilə təhsil texnologiyalarını müzakirə edib
18.05.2026 - 20:04
Mayın 18-də Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Google" şirkətinin “Google for Education” üzrə regional direktoru Kolin Marson arasında görüş baş tutub.
Görüş zamanı məktəblərdə rəqəmsal ekosistemin inkişafı, təhsil müəssisələrində bulud texnologiyalarının tətbiqi, müəllim və şagirdlər üçün innovativ onlayn alətlərdən istifadənin genişləndirilməsi, eləcə də süni intellekt əsaslı həllərin tədris prosesinə inteqrasiyası məsələləri ətrafında müzakirələr aparılıb.
Həmçinin "Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr diqqətə çatdırılıb. Bildirilib ki, "Rəqəmsal məktəb"də tətbiq olunan “Google for Education” alətləri bir sıra təhsil müəssisələrində tədris imkanlarının genişləndirilməsinə töhfə verib.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
