STEAM İnnovasiya Mərkəzinə infotur
3 il əvvəl
Fevralın 23-də STEAM İnnovasiya Mərkəzinə infotur təşkil olunub.
İnfoturda media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
İştirakçılara əvvəlcə mərkəz barədə məlumat verilib. Bildirilib ki, “STEAM Azərbaycan” layihəsinin davamı olan STEAM İnnovasiya Mərkəzinin məqsədi şagirdlərin potensial və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəbli və tələbələr XXI əsr bacarıqlarını – kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər.
Qonaqlar mərkəzdə ideya emalatxanası, “Rəqəmlərlə havada” adlı uçuş simulyatoru, eləcə də “Sfera üzərində elm”, “İlluziyalar və fiziki eksponatlar”, “Virtual reallıq”, “Sadə proqramlaşdırma” və digər məkanlarla tanış olublar.
İnfotur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Digər xəbərlər
-
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40 -
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır
04.11.2026 - 15:48 -
“BilBacar” müsabiqəsi yenidən başlayır!
03.11.2026 - 16:58 -
Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
02.11.2026 - 18:30 -
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02.11.2026 - 12:50
