“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır
04.11.2026 - 15:48
“BilBacar” müsabiqəsində iştirak etmək istəyən, ibtidai təhsil səviyyəsi üzrə tədrisi həyata keçirən bütün ümumi təhsil müəssisələri üçün qeydiyyat 5 noyabr 2026-cı il tarixindən başlayacaq.
Məktəblər qeydiyyatdan keçmək üçün aşağıdakı üsullardan birini seçə bilərlər:
· bilbacar.edu.az saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil etməklə;
· Tabe olduqları təhsil idarələrinə müraciət etməklə.
Qeydiyyat zamanı hər bir ümumi təhsil müəssisəsi “BilBacar” məktəb koordinatorunu təyin etməlidir. Məktəblərin qeydiyyatı başa çatdıqdan sonra şagird qeydiyyatı Təhsil İnstitutu tərəfindən aparılacaq və şagirdlərin “BilBacar” üzrə hesab məlumatları məktəbin “BilBacar” koordinatorunun şəxsi “BilBacar” səhifəsinə əlavə ediləcək.
Qeyd edək ki, “BilBacar” müsabiqəsi 2026–2027-ci tədris ilində 3 və 4-cü sinif şagirdləri arasında təbiət elmləri (həyat bilgisi çərçivəsində) və riyaziyyat üzrə savadlılığını inkişaf etdirilməsi istiqamətində təşkil ediləcəkdir. Hazırlıq mərhələləri şagirdlərin yarış tapşırıqlarına uyğun bacarıqlarını möhkəmləndirmək və yarışlara səmərəli şəkildə hazırlaşmalarını təmin etmək məqsədi daşıyır.
Müvafiq keçidə daxil olmaqla müsabiqə barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:
Digər xəbərlər
-
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır
04.11.2026 - 15:48 -
“BilBacar” müsabiqəsi yenidən başlayır!
03.11.2026 - 16:58 -
Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
02.11.2026 - 18:30 -
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02.11.2026 - 12:50 -
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək
02.11.2026 - 12:20
