Lisey və gimnaziyalara qəbul şərtləri dəyişir
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib. Dəyişikliklər aşağıdakılardan ibarətdir:
- Lisey və gimnaziyaların istiqamətlərindən asılı olmayaraq qəbul sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə aparılacaq;
- Tədris dili üzrə tapşırıqlar oxuyub-anlama bacarıqları və dil qaydalarına dair biliklərin ölçülməsi istiqamətində, riyaziyyat fənni üzrə tapşırıqlar isə müvafiq siniflər üzrə riyazi bilik və bacarıqların, eyni zamanda şagirdlərdə riyazi təfəkkürün ölçülməsi istiqamətində hazırlanacaq;
- Lisey və gimnaziyalara qəbul prosesi təyinat və istiqamətindən asılı olaraq V-VIII siniflər üzrə aparılacaq;
- Lisey və gimnaziyalara mərkəzləşmiş qəbul imtahanı üçün qeydiyyat şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə (sy.edu.az) aprel-may aylarında, imtahan isə iyun ayında təşkil ediləcək.
Qeyd edək ki, artıq bir neçə ildir lisey və gimnaziyalara qəbul imtahanları mərkəzləşmiş qaydada aparılır. Şagirdlər qeydiyyatdan keçdikdən sonra imtahanda iştirak edir, sonda nəticələrinə uyğun olaraq lisey və ya gimnaziya seçimi edirlər. Cari tədris ili üçün Bakı şəhəri və bölgələrdə yerləşən bir çox lisey və gimnaziyaya qəbul imtahanlarında iştirak üçün 19 minə yaxın şagird qeydiyyatdan keçib, onlardan 2638 nəfəri uğur qazanıb.
3 il əvvəl
Digər xəbərlər
-
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb
25.08.2026 - 17:23 -
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
17.08.2026 - 17:05 -
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb
17.08.2026 - 16:32 -
Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır
17.08.2026 - 12:08 -
“Maarifçi”lər arasında intellektual oyun keçirilib
17.08.2026 - 11:31
