Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib
Təhsil naziri Ceyhun Bayramov nazirlik yanında İctimai Şuranın üzvləri ilə videokonfrans keçirib.
Onlayn görüşdə koronavirus pandemiyası dövründə ölkə ərazisində tədrisin məsafədən təşkili, eləcə də nazirlik və İctimai Şura tərəfindən görülən işlər barədə danışılıb. Bu dövrdə bütün təhsilalanların məsafədən tədris zamanı təhsilə əlçatanlığının təmin olunması prosesində qazanılmış müsbət təcrübələr, təhsilalanların qiymətləndirilməsi ilə bağlı yaranan çətinliklər də müzakirə edilib.
Həmçinin pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və təkliflər dinlənilib.
4 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb
13.11.2024 - 19:00 -
Həsən Həsənli "Adaptasiya və ambisiya kimi təhsil: Ətraf mühit təhsilinə yeni yanaşma" tədbirində çıxış edib
13.11.2024 - 18:00 -
COP29 çərçivəsində “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək
13.11.2024 - 15:57 -
Elm və təhsil nazirinin müavini Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi yanında Ekspert Şurasının iclasında iştirak edib
12.11.2024 - 16:00 -
Emin Əmrullayev UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru ilə görüşüb
11.11.2024 - 20:00