Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Avqustun 7-də məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsi ilə bağlı özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

 

Görüşdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məktəbəqədər təhsilin uşaqların inkişafında mühüm rolunu qeyd edib. Bildirib ki, uşağın inkişafının əsas hissəsi məhz erkən yaşlarda formalaşır və bu mərhələyə qoyulan sərmayə gələcəkdə cəmiyyət üçün daha böyük fayda yaradır. Nazir müavini Azərbaycan təhsil sisteminin beynəlxalq qiymətləndirmə nəticələrinin də məktəbəqədər təhsil almış uşaqların sonrakı təhsil göstəricilərinin daha yüksək olduğunu təsdiqlədiyini diqqətə çatdırıb. 

 

Kənan Kərimzadə valideyn–dövlət–özəl əməkdaşlığı əsasında maliyyələşmə mexanizminin özəl sahibkarlar üçün yeni təşviq imkanları yaratmaqla məktəbəqədər təhsilin əhatəliliyinin genişləndirilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması qarşıya qoyulan əsas hədəflərdəndir və bu layihənin həyata keçirilməsi məktəbəqədər təhsilə çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək.

 

Nazir müavini özəl məktəbəqədər təhsil müəssisələrini yeni mexanizmin tətbiqində fəal iştiraka dəvət edib, onların proseslə bağlı təklif və tövsiyələrinin əhəmiyyətini vurğulayıb.

 

Daha sonra Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva maliyyələşmə müsabiqəsinin şərtləri və iştirak qaydaları barədə məlumat verib.

 

Görüş müzakirə və sual-cavab formatında davam edib. İştirakçıların müsabiqənin şərtləri, maliyyələşmə mexanizmi və prosesin təşkili ilə bağlı sualları cavablandırılıb, səsləndirilən təkliflər dinlənilib.


07.08.2026 - 16:10