Məktəbdənkənar təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilib
Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri və uşaq-gənclər idman-şahmat məktəbləri tərəfindən 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş bir sıra tədbirlər həyata keçirilib.
Belə ki, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Ağla qərənfil ağla” adlı sərgi, “ Qan yaddaşımız 20 Yanvar” adlı ədəbi-bədii tədbirlər, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən "Tarixin qan yaddaşı” adlı guşə, “Azadlığa gedən yolun zirvəsi” adlı ədəbi-bədii tədbir və rəsm işlərindən ibarət sərgi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Unudulmayan tarixin qəhrəmanları" adlı rəsm sərgisi, “Şəhid adı müqəddəsdir” adlı ədəbi-bədii kompozisiya, Azərbaycan İstiqlal Muzeyinə ekskursiya və digər tədbirlər həyata keçirilib.
Həmçinin, sözügedən mərkəzlər tərəfindən dərnək üzvlərinin iştirakı ilə açıq dərslər, dəyirmi masalar, Şəhidlər Xiyabanına ziyarətlər təşkil edilib.
Uşaq-gənclər idman-şahmat məktəblərində məşqlərdə idmançılara 20 Yanvar faciəsi haqqında məlumat verilib. Müxtəlif idman növləri üzrə 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş yarışlar keçirilib.
Qeyd edək ki, tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunmuş, xalqımızın qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinin qəhrəmanlarının əziz xatirəsinin dərin ehtiramla yad edilməsi, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini əks etdirən dövr barədə dərnək üzvlərinin məlumatlandırılması, gənc nəslin milli qəhrəmanlıq, vətənpərvərlik ruhunda tərbiyə edilməsindən ibarət olub.
3 il əvvəl
Digər xəbərlər
-
Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib
28.04.2025 - 10:00 -
Nazir müavini Mir Cəlal Paşayevin yaradıcılıq gecəsində iştirak edib
27.04.2025 - 15:03 -
Qarabağ Universitetində Beynəlxalq COP simulyasiya konfransı işə başlayıb
26.04.2025 - 17:02 -
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
25.04.2025 - 16:54 -
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi üzrə bilik yarışı keçirilib
25.04.2025 - 12:19