Azərbaycan Təhsil Şəbəkəsinin təhsil sahəsində əhəmiyyəti müzakirə olunub
“İnnovasiyalar həftəsi - 2019” çərçivəsində uşaqların internetdə təhlükəsizliyi mövzusunda mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, həmçinin “Kaspersky” şirkətinin nümayəndələrinin sahə üzrə məruzə və təqdimatları dinlənilib.
Konfransda çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Səbinə Hacızadə ölkəmizdə təhsil sahəsində ən böyük daxili şəbəkə olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) barədə məlumat verib, şəbəkə çərçivəsində təhsil müəssisələrinə təqdim edilən təhlükəsiz və faydalı internet imkanları barədə danışıb.
Qeyd edilib ki, ATŞ təhsil sisteminin İKT təchizatının yaxşılaşdırılması ilə yanaşı, bir sıra mühüm sosial əhəmiyyətli funksiyaların icrasını da öz üzərinə götürüb. ATŞ çərçivəsində təhsil müəssisələrinə təqdim edilən internet avtomatik rejimdə bütün növ zərərli və tədris prosesinə aid olmayan məzmunlardan təmizlənərək təhsilalanların ixtiyarına verilir, nəticədə şagirdlər təhsil müəssisəsində onlayn mühitin arzuolunmaz təsirlərindən mühafizə olunurlar.
Mətbuat konfransında media nümayəndələrini mövzu ilə bağlı maraqlandıran digər suallar da cavablandırılıb.
Qeyd edək ki, “İnnovasiyalar həftəsi - 2019” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir.
5 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Çin Xalq Respublikasının elm və texnologiya naziri ilə görüşüb
12.06.2025 - 14:12 -
Emin Əmrullayev Oman Sultanlığının ali təhsil, tədqiqat və innovasiyalar naziri ilə görüşüb
12.06.2025 - 12:04 -
Emin Əmrullayev Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib
11.06.2025 - 15:16 -
Emin Əmrullayev Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir
11.06.2025 - 12:30 -
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində BANM-da görüş keçirilib
11.06.2025 - 10:12