“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində BANM-da görüş keçirilib
Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Bakı Ali Neft Məktəbində (BANM) ali təhsil sisteminin inkişaf perspektivlərinə dair görüş keçirilib.
Görüşdə Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim və inzibati heyəti, eləcə də bir qrup tələbə və məzun iştirak edib.
Görüşün əsas məqsədi ali təhsildə mövcud problemlərin, onların həlli yollarının və gələcək inkişaf istiqamətlərinin geniş müzakirəsi olub. Görüş zamanı ali təhsildə idarəetmənin səmərəliliyinin artırılması, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması və qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib.
Görüş iştirakçıları Elm və Təhsil Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib, belə formatda keçirilən görüşlərin ali təhsil müəssisələrinin inkişafında böyük rol oynadığını bildiriblər.
Görüş çərçivəsində BANM-ın rektoru Elmar Qasımov qonaqları ali təhsil müəssisəsinin maddi-texniki bazası, müasir laboratoriyaları və tədris imkanları ilə tanış edib, praktiki hazırlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
11.06.2025 - 10:12
Digər xəbərlər
-
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20 -
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib
08.05.2026 - 14:00 -
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşları qəbul edəcək
07.05.2026 - 15:50
