Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr davam edir
Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilib. Bakı şəhəri üzrə namizədlərlə keçirilən müsahibələr başa çatıb, hazırda digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində direktor müavini vəzifəsində çalışan namizədlərlə müsahibələr həyata keçirilir. Müsahibələrin ikinci mərhələsinə test imtahanında 30 bal və daha çox nəticə əldə etmiş namizədlər dəvət olunur.
Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.
Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir.
İndiyədək keçirilən müsahibələrdə 112 namizəd iştirak edib, 18 namizəd uğur qazanıb.
Qeyd edək ki, namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənəd və ona əlavənin (olduğu təqdirdə) əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.
Təhsil Nazirliyi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzulayır!
3 il əvvəl
Digər xəbərlər
-
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2025 - 18:00 -
Fəxri xiyaban ziyarət edilib
08.05.2025 - 14:22 -
Nazir müavini "Sən elə bir zirvəsən" adlı tədbirdə iştirak edib
08.05.2025 - 13:00 -
ADNSU-da Vyetnamın ilk Prezidenti Ho Şi Minin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub
08.05.2025 - 12:10 -
“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib
08.05.2025 - 11:10