Vətəndaşlarla iş bölməsinə 14 467 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 14 467 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12 561 zəng qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 1906 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 964 (437 ərizə, 527 məktub) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox direktorların işə qəbulu, xaricdə təhsil, birinci sinfə qəbul, diplomların tanınması, müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması və digər bu kimi məsələləri əhatə edib.
7 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
