Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb.
Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Nazir müavini həmçinin Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti ziyarət edib. Firudin Qurbanov universitetin rektoru Aleksandr Juk və Belarus Respublikasının təhsil nazirinin birinci müavini Aleksandr Baxanoviçin müşayiəti ilə universitetdə yerləşən Tədris Robototexnikası Respublika Resurs Mərkəzi, idman kompleksi, kitabxana sistemi, rəqəmsal elektronika tədris laboratoriyasına baxış keçirib.
Daha sonra nazir müavini həmin universitetdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzini ziyarət edib. Mərkəzdə yaradılmış şəraitlə tanış olan Firudin Qurbanov burada Azərbaycan dili, tarixi və mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirib. O, mərkəzə Qarabağ irsi və mədəniyyətinə dair kitablar hədiyyə edib.
Firudin Qurbanov Azərbaycan dili və mədəniyyəti mərkəzində Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələr ilə görüşüb. Görüş zamanı nazir müavini tələbələrin həm təhsil aldıqları ölkədə, həm də beynəlxalq akademik mühitdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib. O, Azərbaycan və Belarus ali təhsil müəssisələri arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın tələbələr üçün yaratdığı imkanlardan bəhs edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib.
04.06.2026 - 11:00
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
