Müəllimlər üçün mentor xidməti
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil edilib.
Mentor xidmətinin təşkilində əsas məqsəd məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə metodiki dəstək göstərməkdən ibarətdir.
İlk dəfə olaraq paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün təşkil olunan mentor xidməti “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Xüsusi hazırlıq keçmiş mentorlar müəllimləri qrup məşğələlərində fərdi şəkildə dinləyir, onlara elmi-metodiki, təcrübi dəstək göstərir, həmçinin, müzakirə və seminarlar təşkil edirlər. Eləcə də, mentorların iştirakı ilə məktəbəhazırlıq qruplarındakı uşaqlar məntiqi və riyazi təfəkkürün daha yüksək səviyyədə formalaşmasına dair tapşırıqlar yerinə yetirir, fiziki cəhətdən inkişafa xidmət edən oyunlar həyata keçirirlər.
Cari ilin oktyabrından start verilən prosesin dekabrda yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, 2017-2018-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən ibtidai sinif müəllimləri ixtisasartırma təlimlərinə də qatılıblar. Təlimin sonunda imtahandan uğurlu nəticə əldə etmiş müəllimlərə ixtisasartırma təhsili haqqında sertifikat verilib.
8 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib
08.06.2026 - 19:17 -
Emin Əmrullayev Qırğız Respublikasının maarif naziri Dogdurgul Kendirbayeva ilə görüşüb
08.06.2026 - 18:15 -
Emin Əmrullayev Türkiyənin milli təhsil naziri ilə görüşüb
08.06.2026 - 17:48 -
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
08.06.2026 - 17:43 -
Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
08.06.2026 - 17:24
