Uşaq-gənclər idman məktəbləri və ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəblərinin nümunəvi əsasnaməsi
1. Uşaq-gənclər idman məktəbləri və ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəblərinin məqsəd və vəzifələri
Uşaq-gənclər idman məktəbləri (bundan sonra-UGİM) və ixtisaslaşdırılmış olimpiya ehtiyatları Uşaq-gənclər idman məktəbləri (bundan sonra-İOEUGİM) məktəbdənkənar, sosial məqsədyönlü müəssisədir, öz fəaliyyətini uşaq, yeniyetmə və gənclərin ahəngdar inkişafına, bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsinə, yerləşdiyi ərazidə ümumtəhsil məktəbləri ilə fiziki tərbiyə işində istiqamətləndirici rol oynamasına və respublikada yüksək səviyyəli idmançıların hazırlanmasının baslanğıc və orta mərhələlərinin əhatə edilməsinə yönəldir.
UGİM və İOEUGİM öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
İdman məktəbi (UGİM, İOEUGİM) hüquqi şəxsdir, möhürü, stampı vardır, əmlak hüququna malikdir, məhkəmədə və arbitrajda öz marağını müdafiə edə bilər, banklarda büdcə hesabı, digər hesablaşma hesabları və rekvizitləri ola bilər.
UGİM və İOEUGİM-nin azalması bu Əsasnaməyə müvafiq olaraq aşağıdakı şərtlərlə həyata keçirilir:
- təlim-məşq prosesinin təşkili üçün özünün və yaxud icarəyə götürülmüş idman bazasının olması;
- bir idman növü üzrə minimum 14 qrupun fəaliyyətini təmin etmək üçün maliyyə vəsaitinin olması;
- açılması nəzərdə tutulmus idman növü üzrə ixtisaslı məşqçi-muəllim kadrlarının olması.
Respublikada UGİM, İOEUGİM-nin azalması, bağlanması, həmçinin ayrı-ayrı idman növləri üzrə bölmələrin azalması, bağlanması, dəyişdirilməsi Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.
2. İdman məktəblərinin fəaliyyəti
İdman məktəbləri tabeçiliyində olduqları təşkilatlar tərəfindən ona həvalə edilmiş idman növlərini, maddi-texniki bazasını, maliyyə vəsaitini nəzərə alaraq fəaliyyət proqramı hazırlayır və kollektivin pedaqoji şurasında təsdiq edir.
UGİM və İOEUGİM qrupları ümumtəhsil məktəbləri, texniki peşə məktəbləri, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələrindən, gənclər və hərbi qulluqçulardan komplektləşdirilir.
UGİM və İOEUGİM-ə qəbul olunanların yaş həddi və burada təlim-məşq prosesi Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin hazırlıq normativlərinə əsasən muəyyən olunur və həyata keçirilir.
1. Təlim-məşq qrupları ibtidai hazırlıq keçmiş və ümumi fiziki hazırlıq və xüsusi idman hazırlığı üzrə qəbul normativlərinin tələblərini yerinə yetirmiş yeniyetmələrdən komplektləşdirilir.
2. İdman təkmilləşdirmə qrupları təlim-məşq qruplarında hazırlıq mərhələsi keçmiş və xüsusi fiziki və idman hazırlığı üzrə qəbul normativlərini yerinə yetirmiş idmançılardan komplektləşdirilir.
3. Yüksək idman ustalığı qrupları bundan əvvəlki hazırlıq mərhələlərini keçmiş və respublika milli yığma komandasına namizəd tələblərinə uyğun gələn idmançılardan komplektləşdirilir.
İdmançılar növbəti ilin tədris qrupuna xüsusi fiziki hazırlıq üzrə test normativ göstəricilərinə gorə məşqçilər şurasının qərarı ilə keçirilir. Bir qayda olaraq həmin tələbləri yerinə yetirməyən idmançılar növbəti tədris ilinə keçirilmir.
Bəzi hallarda məşqçilər şurasının qərarı ilə təkrar tədrisə icazə verilə bilər, lakin, təkrar tədris həmin hazırlıq mərhələsində bir dəfədən çox olmamalıdır.
Müəyyən olunmuş yaşa çatmayan, lakin əvvəlki tədris ilinin normativ tələblərini yerinə yetirmiş ayrı-ayrı şagirdlər həkimin razılığı və pedaqoji şuranın qərarı ilə vaxtından əvvəl növbəti tədris ilinə kecirilə bilər.
İdman məktəblərində idman üzrə məşqçi-müəllimlərin illik dərs yükü qanunvericiliyə uyğun olaraq hər il sentyabr ayının 1-də məktəbin rəhbərliyi tərəfindən təsdiq edilir.
İdman məktəblərinə qəbul hər il sentyabr-oktyabr aylarında həyata keçirilir. Bu zaman qəbul olunanın ərizəsi, sağlamlıq haqqında tibbi arayışı (ibtidai hazırlıq qruplarına yerli poliklinikadan, tədris-məşq qruplarına Respublika İdman Tibb Mərkəzindən) təqdim edilməlidir.
Bütün hazırlıq mərhələlərini keçmiş və buraxılış normativlərini ödəmiş şagirdlər idman məktəbini bitirmiş hesab olunurlar.
UGİM və İOEUGİM-in məzunlarına idmançı vəsiqəsi verilir. Sagirdlərin qəbulu və buraxılışı idman məktəbi direktorunun əmri ilə rəsmiləşdirilir.
İOEUGİM-in yetirmələri idman ustalığını artırmaq üçün müqavilə əsasında idman təmayüllü internat məktəbinə, Yuksək İdman Ustalığı məktəbinə, idman oyun növləri üzrə ustalardan ibarət komandalara göndərilə bilər. Bu halda idmançılar UGİM qruplarının say tərkibinə daxil olmur, lakin həmin məktəbin komandasında yarışlarda çıxış edə bilərlər. Qrupu doldurmaq üçün əvvəlki tədris ilindən olan idmançılar həmin qrupa qəbul edilə bilərlər. Bu halda təlim-məşq rejimi və qrupun say tərkibi olimpiya dövrünün axırına kimi saxlanılır, rəhbər işçilərin və mütəxəssislərin əmək haqqının ödənilməsi həmin məktəblərin nomenklaturasında qalır.
3. UGİM VƏ İOEUGİM işçilərinin tərkibi və say normativləri
1. | I kateqoriya | 40 qrupdan yuxarı | Direktor | 1 nəfər |
Dərs hissə müdiri | 1 nəfər | |||
Baş təlimatçı | 1 nəfər | |||
Təlimatçı | 3 nəfər | |||
Həkim | 2 nəfər | |||
Tibb bacısı | 2 nəfər | |||
Makinaçı | 1 nəfər | |||
2. | II kateqoriya | 30 qrupdan 40 qrupa kimi |
Direktor | 1 nəfər |
Dərs hissə müdiri | 1 nəfər | |||
Baş təlimatçı | 1 nəfər | |||
Təlimatçı | 1 nəfər | |||
Həkim | 1 nəfər | |||
Makinaçı | 1 nəfər | |||
3. | III kateqoriya | 14 qrupdan 30 qrupa kimi |
Direktor | 1 nəfər |
Təlimatçı | 1 nəfər |
Fəaliyyət xüsusiyyətini nəzərə alaraq təlim-məşq prosesinin səmərəliliyini təmin etmək məqsədilə UGİM, İOEUGİM-in ixtisaslaşdırılmış avtonəqliyyat növləri, avtobuslar, qayıq, silah, atdaşıyan maşınlar, velosipedləri daşıyan, idman yerişi idmançılarını uzaq məsafəyə müşayiət etmək üçün xüsusi avtonəqliyyat, üzgüçülük vasitələri olan motorlu qayıqlar, katerlər və başqa nəqliyyat vasitələri olmalıdır.
Nəzdində 40 və daha artıq qrupları olan UGİM, İOEUGİM-lərə bu Əsasnamədə göstərilmiş ştatlardan əlavə olaraq təlimatçı, həkim və tibb bacısı ştatı verilə bilər. UGİM və İOEUGİM-in özünün binası, idman, qurğusu, stadionu, idman zalları, xüsusi idman texnikası: avtonəqliyyat, idman qayıqları, katerləri, atdaşıyan avtomobilləri, velosipedləri, gimnastika ləvazimatı, atıcılıq üçün silah və başqa texnika və s. qurğu, texniki ləvazimat olduğu üçün onlara texniki xidmət göstərilməsi və təmir işlərinin aparılması məqsədilə respublikada qəbul edilmiş normalara uyğun olaraq bu məktəblərə aşağıdakı ştatlar ayrılır:
Rəhbərin təsərrufat üzrə müavini
Anbardar
Qarderobçu
Baytar
Nalbənd
Bağban
Avtomobil sürücüsü
Texniki idman növləri üzrə mexanik
At təlimçişi
Mehtər
At treninqi fəhləsi
Gözətçi
Ocaqçı
Təlimçi-çilingər
Yardımçı fəhlə
İdman silahının (qurğularının) təmirçişi
İdman qayıqlarının (gəmilərinin) təmirçişi
İstehsalat sahəsini və xidmət otaqlarını yığışdıran
Kimyəvi sutəmizləmə operatoru
Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru
4. İxtisaslaşdırılmış olimpiya ehtiyatlarıuşaq-gənclər idman məktəbi
İxtisaslaşdırılmış olimpiya ehtiyatları Uşaq-gənclər idman məktəbi gənc idmançıların hazırlanmasında yüksək iş səviyyəsinə nail olmuş müvafiq UGİM-in əsasında yaradılır. UGİM-in İOEUGİM-ə keçməsi üçün idman növü üzrə hər şöbədə iki idman təkmilləşmə qrupunun olması vacibdir. Belə olduqda idman növü üzrə şöbə ixtisaslaşdırılmış sayılır və məktəbin rəhbər işçilərinin və idman növü üzrə məşqçilərin vəzifə maaşına 15% əlavə edilir.
İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin əsas vəzifəsi respublikanın milli yığma komandalarına və oyun idman növləri üzrə ustalarından ibarət komandalarına yüksək dərəcəli idmançılar hazırlamaqdır. İOEUGİM-in tərkibini təlim-məşq qrupları, Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş yüksək idman ustalığı qrupları təşkil edir.
Ayrı-ayrı hallarda həmin idman növü üzrə UGİM olmayan yerdə İOEUGİM-ə ibtidai hazırlıq qrupları saxlamağa icazə verilə bilər.
İbtidai hazırlıq qruplarının sayını İOEUGİM-in mənsub olduğu təşkilat muəyyən edir.
Olimpiya dövrü qurtardıqdan sonra əvvəlki illərin nəticələrinə gorə İOEUGİM şəbəkəsi muəyyən olunmuş qaydada yenidən təsdiq edilir.
Milli yığma komandalara namizədlər və ehtiyat idmançıların hazırlanması işində göstəricilər aşağı düşdükdə tabeçiliyində olduğu təşkilatın qərarı və Gənclər, İdman və Turizm Nazirliyinin razılığı ilə İOEUGİM, UGİM üçün nəzərdə tutulmus əmək haqqı rejiminə keçirilir. Ölkənin yığma komandalarına ehtiyat idmançılar hazırlanması işi yaxşılasdıqda, həmin məktəb yenidən ümumi əsaslarla İOEUGİM nomenklaturasına qayıda bilər. Qeyd edilən statusun verilməsi haqqında qərar Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ilə razılaşdıqdan sonra məktəbin pedaqoji şurası tərəfindən qəbul edilir.
5. UGİM, İOEUGİM-də tədris qruplarının komplektləşdirilməsi və təlim-məşq işinin rejimi
Tədriş qruplarının komplektləşdirilməsinin əsasını idman ustalığının formalaşması, yaş qanunauyğunluğunu nəzərə almaqla çoxillik hazırlığın elmi cəhətdən əsaslandırılmış sistemi təskil edir.
Həftəlik təlim-məşq yükünün artırılması və şagirdlərin növbəti tədris qrupuna kecirilməsi məşqetmə stajından, ümumi və xüsusi hazırlıq üzrə yoxlama normativlərinin yerinə yetirilməsi səviyyəsindən asılıdır.
Müəyyən olunmuş həftəlik təlim-məşq yükü maksimum yükdür. İdman növünün xüsusi təyinatından və hazırlıq mərhələsindən (keçid, hazırlıq, yarış) asılı olaraq, üçüncü tədris ilinin təlim-məşq qruplarından baslayaraq həftəlik təlim-məşq yükü həmin qrup üçün muəyyən olunmuş ümumi plan həddində (2 saatdan çox olmamaqla) artırıla, yaxud azaldıla bilər.
İdman növünün xüsusiyyətini və məktəbin imkanlarını nəzərə alaraq qruplardakı şagirdlərin minimum say tərkibi artırıla bilər.
52 həftəlik təlim-məşq proqramının 46 həftəsi əsas stasionar bazada, 6 həftəsi sağlamlıq-idman düşərgələrində məşq və fəal istirahət üçün nəzərdə tutulur.
Təlim-məşq prosesinin əsas formaları qrup halında keçirilir. İdman təkmilləşməsi və idman ustalığı qruplarının məşq prosesi (fərdi planlar da daxil olmaqla) təlim-məşq, nəzəri məşğələlər, tibbi bərpa, yarışlarda və təlim-məşq toplanışlarında iştirak etməklə həyata keçirilir.
Hər məşğələ üçün maliyyə xərci ayrılarkən tədris saatı müasir beşnövçülük üzrə 2,5 dəfə, idman və bədii gimnastika, fiqurlu konkisurmə, suyatullanma, akrobatika, sinxron üzgüçülük, su xizəyi üzrə 2 dəfə, yüngül atletika onnövçülüyü, beşnövçülüyü və at idmanı üzrə 1,5 dəfə artırılmaqla məşqçilərin əmək haqqı tədris proqramına daxil olan növlər üzrə odənilməlidir.
İdman gimnastikası və bədii gimnastika, konkisurmə bölmələrində təlim-məşq saatlarının 70 faizi musiqi ilə keçirilir. Akrobatika, batutda tullanma bölmələrində musiqi müşayiətçisinin maaşı tədris planı üzrə və xoreoqrafiyaya ayrılmış ümumi saatların sayı hesabına verilir. İdman məktəbləri şagirdlərin il boyu tədris məşğələlərinin, qış və yay tətili dövrundə isə fəal istirahətinin təmin edilməsi üçün sağlamlıq idman düşərgələri təşkil edirlər. Uşaq-gənclər idman məktəbləri üçün sağlamlıq idman düşərgələri muəyyən olunmuş qaydada sağlamlıq idman düşərgələri haqqında Əsasnaməyə müvafiq olaraq yaradılır və özünün fəaliyyətini həmin Əsasnaməyə uyğun həyata keçirir.
Rəsmi yarışlarda iştirak etməyə buraxılmış komandaları və idmançıları hazırlamaq üçün UGİM və İOEUGİM-ləri təlim-məşq işinə ayrılmış vəsaitdən kənara çıxmadan respublika yarışları ərəfəsində 15 günə qədər, beynəlxalq yarışlar ərəfəsində 20 günə qədər təlim-məşq toplantısı keçirə bilərlər.
6. İdman məktəbinin idarə olunması
UGİM və İOEUGİM-ə bədən tərbiyəsi təhsilli, uşaq və yeniyetmələrlə 5 il iş təcrubəsi olan mutəxəssislərdən təyin olunmuş direktor başçılıq edir. O, məktəbin fəaliyyətinin bütün istiqaməti üzrə işin təşkilinə məsuliyyət daşıyır.
Pedaqoji şura ilə birgə direktor məktəbin inkişafı üzrə əsas iştiqaməti muəyyənləşdirir, onun mənafeyini dövlət və ictimai orqanlarda təmsil edir. Təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll edir. İdman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin edir, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təskil edir. Maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını, habelə, sanitar-gigiyena qaydalarına riayət olunmasını, əməyin mühafizəsini, təhlükəsizlik texnikası və yanğına qarsı müdafiəni təmin edir. Kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirir, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət edir.
Direktor ölkədə bədən tərbiyəsi və idmanın istiqamətini və perspektivliyini muəyyən edən normativ sənədləri, pedaqogikanın, psixologiyanın, uşaqların fiziologiyası və gigiyenasının əsaslarını bilməlidir.
İdman məktəblərinin direktoruna, tədris-hissə müdirinə, təlimatçı metodistə öz məktəbində ayda orta hesabla bir stavkadan çox olmayaraq dərs yükü aparmağa icazə verilir.
Məktəbin məşqçi-müəllim heyəti bir qayda olaraq, bədən tərbiyəsi təhsilli mütəxəssislərdən komplektləşdirilir. İbtidai hazırlıq qruplarına dərs keçmək üçün məşqçi-muəllim heyəti kifayət etmədikdə, bu işə saathesabı əmək haqqı verməklə bədən tərbiyəsi müəllimlərini, təlimatçıları və digər fiziki tərbiyə müəssisələrinin, həmçinin, bədən tərbiyəsi institutlarının müvafiq idman növləri üzrə xüsusi məşqçilik kursları keçmiş tələbələrini və idman ustalarını cəlb etmək olar.
İdman üzrə məşqçi-müəllimlər dərs prosesi vaxtı uşaqları təhlukəsizliyinə və sağlamlığına cavabdehdir, onlar qrupların komplektləşdirilməsinə, şagirdlərlə tərbiyə və təlim-məşq işlərinin aparılmasına, dərs proqramlarının yerinə yetirilməsinə məsuliyyət dasıyır. Onlar məşğul olanların vaxtında tibbi müayinədən keçməsinə və onlara dispanser qayğısı gostərilməsinə nəzarət edir, fərdi qabiliyyətləri nəzərə alınmaqla idman təkmilləşməsi və yüksək idman ustalığı qruplarının hər bir idmançısı üçün təlim-məşq planı hazırlayır, intizama baxır və davamiyyətə nəzarət edir, ümumi və xüsusi fiziki, texniki və idman hazırlığının müntəzəm uçotunu aparırlar.
İdman üzrə məşqçi-müəllimlər müntəzəm olaraq öz ixtisaslarını artırır, təlim-məşq, müasir metodika məsələləri üzrə konfranslarda iştirak edir, tərbiyə və təlim-məşq işlərinin təşkilində və keçirilməsində ümumtəhsil məktəblərinə və başqa təhsil müəssisələrinə metodiki kömək göstərir, nümunəvi çıxışlar və məşğələlər keçirir, təlim-məşq prosesinin təkmilləşməsi üzrə təkliflər işləyib hazırlayırlar.
İdman növləri üzrə bölmələrdə direktorun əmri ilə azı dördillik məşqçi-müəllim təcrübəsinə malik, tam dərs yükü ilə işləyən 3 məşqçi-müəllimdən biri baş məşqçi-müəllim təyin edilə bilər. Bu zaman iki nəfər yarımstatlı məşqçi bir statlı məşqçi sayılır. Bu məşqçi-müəllim bütövlükdə bölməyə rəhbərlik edir, həm də ibtidai hazırlıq, təlim-məşq, idman təkmilləşməsi, yüksək idman ustalığı qruplarına, habelə, oğlan və qız bölmələrinə rəhbərlik edir. Bölmə üzrə baş məşqçi-muəllim qrupların düzgün komplektləşdirilməsinə və dərəcəli idmançılar üçün perspektiv planların hazırlanmasına, idman yarışlarının keçirilmə qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İdman bölmələrinin baş məşqçilərinin əmək haqları onlar üçün təsdiq olunmuş aylıq vəzifə maaşının 15 faizi həcmində artırılır.
UGİM-də əvəzetmə ümumi qaydalara əsasən müdiriyyətin əmri ilə həyata keçirilir.
İdman məktəblərinin məşqçi-müəllim heyətinin işi aşağıdakı şərtlərlə qiymətləndirilir:
- əsasnamə tələblərinin yerinə yetirilməsi də daxil olmaqla, şagirdlərin UGİM proqramını mənimsəmə səviyyəsinə, müsabiqə ilə təlim-məşq qruplarına daxil olan şagirdlərin sayına, kütləvi idman işlərinin təşkilində və keçirilməsində ümumtəhsil məktəblərinə kömək göstərilməsinə görə;
- təlim-məşq qruplarının tərkibinin sabitliyinə, ümumi və xüsusi fiziki hazırlıq üzrə normativ göstəricilərin yerinə yetirilməsinə, yarışlarda qazanılmıs nəticələrə, məzunlardan ictimai təlimatçılar və idman hakimləri hazırlanmasına görə;
- idman təkmilləşməsi qruplarında məşğul olanların proqram tələblərinin yerinə yetirilməsinə, o cümlədən respublika yarışlarında göstərdiyi nəticəyə görə;
- yüksək idman hazırlığı qruplarında ölkənin yığma komandalarına (əsas və ehtiyat heyətlər) hazırlanmıs namizədlərin sayına, onların beynəlxalq yarışlarda çıxışına görə.
7. Pedaqoji şura
UGİM-də və İOEUGİM-də pedaqoji şura yaradılır və onun tərkibinə direktor (şuranın sədri), tədris hissə müdiri, baş təlimatçı-metodişt, təlimatçı-metodist, idman növləri üzrə baş məşqçi-müəllimlər, həkim, valideynlər komitəsinin sədri, təhsil idarələrinin, həmkarlar və digər ictimai təşkilatların nümayəndələri daxil ola bilərlər.
Pedaqoji şuranın iclasları hər rubdə azı bir dəfə keçirilir. Şura iclaslarında təlim-tərbiyə, metodiki və kütləvi idman işləri, həkim nəzarəti üzrə məsələlər müzakirə edilir.
İdman məktəblərində idman növləri üzrə məşqçilər şurası yaradılır. Şurada baş məşqçi-müəllimlərin rəhbərliyi altında ayda bir dəfədən az olmayaraq təlim-məşq və tərbiyə işləri, idmançıların hazırlanmasının fərdi planlaşdırılması, onların yarışlarda iştirakı məsələlərinə baxılır, məşqçi-müəllimlərin məşq prosesinin təkmilləşməsi üzrə təlimat və məruzələri dinlənilir, açıq məşq dərsləri keçirilir, müzakirə olunur və təcrubə mübadiləsi aparılır.
8. Şagirdlərin hüquq və vəzifələri
İdmançı şagirdlərin hüquqları:
UGİM, İOEUGİM-in şagirdləri təlim-məşq dərsləri zamanı və yarışlarda çıxış edərkən məktəbə mənsub inventardan, avadanlıqdan, idman formasından və ayaqqabıdan, məktəbə və məktəbə tabe olan təşkilata mənsub idman qurğularından iştifadə etmək hüququna malikdir.
İdman nailiyyətlərinə, nümunəvi davranışına və ictimai həyatda fəal iştirak etdiyinə gorə UGİM, İOEUGİM-in şagirdlərinin adı məktəbin «Şərəf kitabına» yazılır, təşəkkür elan olunmaqla həvəsləndirilir, fəxri fərmanla təltif edilirlər.
Daxili nizam-intizam qaydalarını pozduğuna görə şagirdlərə, pedaqoji şuranın qərarı ilə inzibati cəza (idman məktəbindən xaric edilməyə qədər) tədbirləri tətbiq edilə bilər.
9. Həkim nəzarəti
İbtidai hazırlıq qruplarında həkim nəzarəti ərazi poliklinikası tərəfindən həyata keçirilir.
Təlim-məşq, idman təkmilləşməsi və yüksək idman ustalığı qruplarında məşğul olan şəxslərə həkim nəzarəti Respublika İdman Tibb Mərkəzi tərəfindən həyata keçirilir.
İdman məktəbinin həkimi təlim-məşq prosesinin və idman məktəbi yarışlarının tibbi xidməti təmin edir, məşq yükünün həcminə və intensivliyinə nəzarət edir, idmançıların fərdi hazırlıq planlarının tərtibində və təsdiqində iştirak edir.
Hər bir məşğul olan üçün müəyyən olunmuş qaydada həkim nəzarəti vərəqəsi doldurulur və həmin vərəqələr məktəbin tibb kabinetində, ərazi poliklinikasının və ya Respublika İdman Tibb Mərkəzinin həkim nəzarəti kabinetində saxlanılır.
10. Məktəbin sənədləri
İdman məktəbinin asağıdakı sənədləri olmalıdır:
- məktəbin direktoru tərəfindən təsdiq olunmuş illik iş planı;
- idman növləri üzrə tədris proqramı, idman tədbirlərinin illik təqvim planı (təşkilat, təsərrüfat işləri, tibb xidmətinin təminatı, valideynlərlə, ümumtəhsil məktəbləri ilə iş, habelə məktəbdaxili nəzarətin təskili, bölmələrin aylıq iş planı);
- tədris ili üçün təsdiq olunmuş idmançı şagirdlərin siyahısı;
- idman məktəbi işcilərinin vəzifəyə təyin və azad edilməsi, həmçinin şagirdlərin qəbulu, yerləşdirilməsi və buraxılışı üzrə əmrlər; idmançı şagirdlərin şəxsi vərəqəsi;
- idman növü üzrə məşqçi-müəllimlərin şəxsi vərəqəsi;
- idman məktəbinin direktoru tərəfindən təsdiq olunmuş dərs cədvəli və məşqçi-müəllimlərin tarifləşmə siyahısı;
- məşqçi-müəllimlərin idman növləri üzrə qeydiyyat jurnalı;
- idman təkmilləşməsi və yüksək idman ustalığı tədris qruplarında təlim məşğələlərinin illik planı;
- yarış protokolları, qəbul, yoxlama və buraxılış normativlərinin protokolları, onların ümumi və xüsusi fiziki və texniki hazırlıq üzrə yerinə yetirilməsinin təhlili və keçirilən sınaq tədbirlərinin qrafiki.
11. İdman məktəbinin maliyyə-təsərrüfat fəaliyyəti
İdman məktəbinin maliyyə vəsaiti asağıdakılardan ibarətdir:
- büdcə vəsaiti və ya tabeliyində olduğu təşkilatın vəsaiti;
- əhaliyə pullu xidmətdən və ödənişli qruplardan əldə olunan gəlirlər;
- idarə, təşkilat, muəssisə, kooperativ, ayrı-ayrı şəxslərin və s. könüllü ianələri.
Bu vəsait məktəbin əsas fəaliyyəti, idman tədbirlərinin keçirilməsi və sosial inkişafı ilə bağlı məsələlərin həllinə yönəldilir.
12. Beynəlxalq əlaqələr
UGİM və İOEUGİM xarici dövlətlərin idman təşkilatları ilə qanunvericiliklə müəyyən olunmuş qaydada əlaqələr yaratmaq, məşqçilərin ixtisasını artırmaq üçün təcrübə mübadiləsi, yoldaşlıq matçları və görüşlər keçirmək və s. hüquqlara (ölkənin idman növləri üzrə yığma komandalarının məşq rejimini və yarış təqvimini nəzərə almaq şərtilə) malikdir.
13. Hesabat və uçot
İdarə öz işinin nəticələrini, operativ və mühasibat uçotunu, statistika hesabatını aparır.
İdman məktəbi hər ilin yekunları üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə və tabeliyində olduğu təşkilata «İdman-3» formalı hesabat təqdim edir.