• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı

Məktəbdənkənar təhsil

Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.


Fəaliyyət istiqamətləri:

  • Uşaq, yeniyetmə və gənclərin meyil, maraq və bacarıqlarının müəyyənləşdirilməsi  və оnların yaradıcılığının, asudə vaxtının təşkilinin, fiziki inkişafının təmin edilməsi;
  • Respublikada yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, sərgi, baxış-müsabiqə, festival, bayram, yarış, spartakiada və s. tədbirlərin təşkili;
  • Şagird və tələbələrin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği və s. istiqamətlərdə maarifləndirmə tədbirlərinin hazırlanması və həyata keçirilməsi;
  • Məktəbdənkənar təhsilin istiqamətləri üzrə sənədlərin layihəsinin hazırlanması və təsdiq olunması üçün zəruri tədbirlərin görülməsi, məktəbdənkənar müəssisələrin proqram, plan, metodik və normativ sənədlərlə təminatının təşkil edilməsi.

Statistik məlumatlar:

Sual-cavab:

Məktəbdənkənar müəssisələr hansı əsas istiqamətlər üzrə fəaliyyət göstərir?
 

Məktəbdənkənar müəssisələr idman və yaradıcılıq istiqamətləri üzrə fəaliyyət göstərir. 


 

İdman profilli məktəbdənkənar təhsil müəssisələrində hansı idman növləri üzrə bölmələr fəaliyyət göstərir?

İdman profilli məktəbdənkənar təhsil müəssisələrində 29 idman növü üzrə bölmələr fəaliyyət göstərir: Ağır atletika, atletika, idman gimnastikası, bədii gimnastika, batut, baydarka və kanoye, boks, basketbol, badminton, karate, cüdo, futbol, əl topu, tennis, stolüstü tennis, sərbəst güləş, yunan-roma güləşi, üzgüçülük, otüstü xokkey, taekvando, voleybol, velosiped idmanı, qılıncoynatma, akrobatika gimnastikası, tamblinq, sambo, atıcılıq, şahmat, dama.



Yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində hansı istiqamətlər üzrə dərnəklər fəaliyyət göstərir? 

Yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində aşağıda qeyd olunan istiqamətlər üzrə bölmələr fəaliyyət göstərir: Təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii yaradıcılıq, texniki yaradıcılıq, intellekt, ekologiya, turizm və diyarşünaslıq, fiziki tərbiyə.


 

Məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qəbul hansı qaydada aparılır?

Məktəbdənkənar təhsil müəssisələrində qısa müddətli dərnəklər istisna olmaqla dərnək məşğələləri sentyabrın 15-dən gec olmayaraq başlayır və bir qayda olaraq növbəti ilin iyun ayının 14-də başa çatdırılır. Dərnək və qruplarda komplektləşdirmə sentyabr-oktyabr aylarında aparılır. Dərnəklər proqramın tələblərindən asılı olaraq bütün tədris ili boyu, eləcə də daha qısa müddət üçün təşkil oluna bilər. Məktəbdənkənar təhsil müəssisələrinə qəbul üçün şagirdlər elektron qaydada https://portal.edu.az/  linki vasitəsilə və birbaşa müəssisələrə müraciət edərək müvafiq dərnəklərə qoşula bilər.


 

Məktəbdənkənar təhsil müəssisələrinə qəbul zamanı hansı sənədlər tələb olunur?

- şagirdin və ya valideynin (onu əvəz edən şəxsin) ərizəsi;

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surəti;

- sağlamlıq haqqında arayış (idman, texniki idman, turizm, xoreoqrafiya qruplarına qəbul zamanı);

- 1 ədəd 3x4 ölçüdə fotoşəkil.