• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Açıq tenderin keçirilməsi barədə elan

Açıq tenderlərdə iştirak üçün dəvət

Latviyada Təhsil - Hökumətlərarası Təqaüd Proqramı (HTP) – 2020-2021

2020-2021-ci tədris ili üçün növbəti təqaüd proqramı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üçün təqaüd proqramı   Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir.   Təhsil səviyyəsi: magistratura Tədris dili: ingilis dili İxtisaslar: qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi, bağçılıq mühəndisliyi, heyvan qidası və yem təhlükəsizliyi. Universitetlər: Szent István University, Kaposvár University Təhsil müddəti: 2 il Maliyyələşmə: təhsil haqqı, yataqxana, yaşayış xərci, tibbi sığorta Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları keçiddə göstərilən ərizə forması ilə tələb olunan sənədləri REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz.   Son müraciət tarixi: 28.02.2020 Qeyd: yalnız 30 yaşadək namizədlər müraciət edə bilər.   Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlərə REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlamaq tövsiyə edilir.

Daxili müsahibə elanı

Təhsil Nazirliyi aşağıdakı vəzifənin tutulması üçün daxili müsahibə ELAN EDİR:   • Təhsil Nazirliyi, İnsan resursları şöbəsi, şöbə müdirinin müavini   Müsahibədə Təhsil Nazirliyində inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: - ərizə; - kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir); Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 6 fevral 2020-ci il tarixdən 20 fevral 2020-ci il tarixdə saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edilə bilər.   Telefon: 012 5991155 (5407)

Rusiya Federasiyasının 2020-2021-ci tədris ili üzrə “Study in Russia” təqaüd proqramı

Ölkə: Rusiya Federasiyası Tədris ili: 2020-2021 Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura (əlavə olaraq, 1 il dil hazırlığı) Maliyyələşmə: Təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş təhsil haqqı, təhsil səviyyəsindən asılı olaraq 2000-8000 rubl arası aylıq təqaüd verilir Yaş kriteriyası: Müraciət edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Kvota sayı: 210 Tədris dili: rus dili Son müraciət müddəti: 1 mart Müraciət səhifəsi: https://edu.rs.gov.ru/ Ətraflı məlumat üçün: http://aze.rs.gov.ru/ru/news/61777 http://edu.rs.gov.ru/files/en/FutureinRussia.pdf   Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərilən qaydada həyata keçirilir.

Türkiyə Respublikasının 2020-2021-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı

Ölkə: Türkiyə Tədris ili: 2020-2021 Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura (əlavə olaraq 1 il dil hazırlığı) Maliyyələşmə:  təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş təhsil haqqı, yataqxana, sığorta və yol xərclərini əhatə edir. Aylıq təqaüd: bakalavriat - 700 TL, magistratura - 950 TL, doktorantura - 1400 TL Tədris dili: Türk dili Yaş kriteriyası: Müraciət edən namizədlər bakalavriat səviyyəsi üzrə 21 yaş, magistratura səviyyəsi üzrə 30 yaş, doktorantura səviyyəsi üzrə isə 35 yaşdan aşağı olmalıdır.   Son müraciət tarixi: 20 fevral 2020-ci il Müraciət səhifəsi və tələb olunan sənədlər:  https://turkiyeburslari.gov.tr/en/page/prospective-students/how-to-apply   Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərilən qaydada həyata keçirilir.

Təhsil Nazirliyinin illik maliyyə hesabatları

Rumıniyanın Xarici İşlər Nazirliyinin 2020/2021-ci tədris ili üçün təqaüd proqramı

Satınalma müqaviləsinin bağılanılması

Təhsil Nazirliyinin Aparatı üçün təsərrüfat ləvazimatlarının satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən,  “Dostluq Group” MMC qalib elan edilib və həmin təşkilat ilə 24 dekabr 2019-cu il tarixində satınalma müqaviləsi bağlanlıb.

26/11/2024

Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilir.

Ətraflı
26/11/2024

Noyabrın 25-də Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21735-1

Ətraflı
26/11/2024

Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır!

Ətraflı