Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumi təhsil müəssisələrinin birinci sinfinə və məktəbəhazırlıq qrupuna qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi ilə əlaqədar müraciət edən vətəndaşlara məlumatların operativ və avtomatlaşdırılmış formada çatdırılması üçün SMS vasitəsilə məlumatlandırma xidmətinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Softline Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilatla 21 aprel 2020-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.
24/04/2020 16:21
Təhsil ixtisası üzrə magistraturada beynəlxalq ikili diplom proqramı
13/04/2020 11:14
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumi təhsil müəssisələrinin birinci sinfinə və məktəbəhazırlıq qrupuna qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi ilə əlaqədar müraciət edən vətəndaşlara məlumatların operativ və avtomatlaşdırılmış formada çatdırılması üçün SMS vasitəsilə məlumatlandırma xidmətinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-12-22 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 6 aprel 2020-ci il saat 17:00-dək təqdim olunmalıdır. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
01/04/2020 17:17
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyinin aparatı üçün AZS 282-2007 standartının tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suların satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Kristal LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilatla 27 mart 2020-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.
31/03/2020 14:19
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində mühafizə xidmətinin satın alınmasına dair elektron satınalma vasitəsilə açıq tender üsulu ilə keçirilmiş satınalma prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Açıq tenderin nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Alov Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı filialı qalib elan edilib və həmin təşkilat ilə 30 mart 2020-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.
31/03/2020 11:45
Tacikistanda 2020-2021-ci tədris ili üzrə təqaüd imkanı
30/03/2020 10:45
Belarus Respublikasında informasiya texnologiyaları sahəsi üzrə təhsil haqqı təqaüdü imkanı
19/03/2020 15:11
Açıq tenderə dəvət
18/03/2020 16:24
Kanadada təqaüd proqramı
“Study in Canada” - Kanada Hökuməti Qlobal Məsələlər Departamenti magistratura səviyyəsində 2020-2021-ci il tədris ili üçün təqaüd proqramı edir Ölkə: Kanada Təhsil səviyyəsi: Magistratura Təhsil müddəti: 1 və ya 2 il Tədris ili: 2020-2021 Qarşılanan xərclər: Proqram çərçivəsində təhsil haqqı, viza və səyahət (aviabilet) xərcləri, tibbi sığorta, yaşayış xərcləri, ictimai nəqliyyat xərcləri, tədris materialları xərci. 1 illlik təhsil üçün qarşılanan maddi vəsait 60.000 CAD-dək 2 illlik təhsil üçün 120.000 CAD-dək Tədris dili: ingilis və ya fransız dili Son müraciət tarixi: 21.04.2020 Təqaüd proqramı haqqında ətraflı məlumat, tələb olunan sənədlərin siyahısı və qeydiyyata dair keçid: https://bit.ly/39StUPC Əlaqə vasitələri: scholarships-bourses@cbie.ca ; +1-613-237-4820
17/03/2020 09:33
Təhsil ixtisası üzrə magistraturada beynəlxalq ikili diplom proqramı
13/03/2020 16:56
Filter
Xəbərlər
-
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
03.09.2026 - 14:05 -
“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub
31.08.2026 - 14:21 -
Azərbaycan və Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ
28.08.2026 - 17:45 -
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edib
28.08.2026 - 17:36 -
Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək
27.08.2026 - 15:39
Şagirdin uğuru yalnız bildikləri ilə ölçülürmü❓ ? Bilikləri real həyatda tətbiq etmək, məlumatı təhlil etmək, sübutları qiymətləndirmək, problem həll etmək və düzgün qərar vermək də ən az bilik qədər vacibdir. ? PISA 15 yaşlı şagirdlərin məhz bu bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #PISA #OECD
Ətraflı? Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin nəticələri açıqlanıb. ? 2026–2027-ci tədris ili üzrə 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi seçilib. Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23286-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #TəhsildəQrantlar #MəktəbəqədərTəhsil
ƏtraflıŞagird nə bilir, yoxsa bildiyi ilə nə edə bilir? Məktəbdə öyrənilən bilikləri real həyatda tətbiq etmək nə dərəcədə vacibdir? PISA (Programme for International Student Assessment) - beynəlxalq qiymətləndirmə tədqiqatı məhz bu suallara da cavab axtarır. PISA-nın yanaşması yalnız şagirdin nə bildiyini deyil, əldə etdiyi bilik və bacarıqlardan yeni və real həyat situasiyalarında necə istifadə etdiyini qiymətləndirməyə əsaslanır. “Azərbaycan müəllimi” qəzetinin təhlil yazısında PISA-nın mahiyyəti, nəticələrin necə şərh olunmalı olduğu və təhsil sistemi üçün hansı sualları yaratdığı ətraflı izah edilir. Ətraflı: https://muallim.edu.az/sagirdin-oz-biliyini-heyatda-tetbiq-ede-bilmesi-ne-qeder-vacibdir-pisa-tedqiqati-esasinda-tehlil #ElmVəTəhsilNazirliyi #AzərbaycanMüəllimi #PISA
Ətraflı