• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qazaxıstanda təhsil imkanı – 2023/2024

“Lüdovika alimləri qonaq mühazirəçi” proqramında iştirak imkanı

UNESCO və Su təhlükəsizliyi və Dayanıqlı İdarəetmə Beynəlxalq Mərkəzi elmi məqalələrin qəbulunu açıq elan edir

UNESCO və onun himayəsi altında Beynəlxalq Su Təhlükəsizliyi və Davamlı İdarəetmə Mərkəzi beynəlxalq təşkilatlar, dövlət qurumları, qeyri-hökumət təşkilatlarından tədqiqatçıları, elmi icmaları və təcrübəçiləri biomüxtəlifliyin qorunması və su təhlükəsizliyinə diqqət yetirən Qlobal Su Təhlükəsizliyi Məsələləri Seriyasının növbəti buraxılışı üçün elmi məqalələrin qəbulunu açıq elan edir.   Məqalələri təqdim etmək üçün son tarix 12 may 2023-cü ildir.   Ətraflı məlumatla keçiddən tanış olmaq mümkündür.

Elm və Təhsil Nazirliyi regional təhsil idarələrində aşağıdakı vəzifələr üzrə müsahibə elan edir:

1. Dağlıq Şirvan Regional Təhsil İdarəsi – Maliyyə-iqtisadiyyat sektoru, baş məsləhətçi;   2. Qarabağ Regional Təhsil İdarəsi – Tədrisin keyfiyyəti sektoru, aparıcı məsləhətçi;   3. Quba – Xaçmaz Regional Təhsil İdarəsi – Tədrisin keyfiyyəti sektoru, məsləhətçi;   4. Quba – Xaçmaz Regional Təhsil İdarəsi – İnzibati təşkilat sektoru, aparıcı məsləhətçi;   5. Mil – Muğan Regional Təhsil İdarəsi, Sabirabad rayonu üzrə təhsil sektoru, aparıcı məsləhətçi;   6. Şirvan – Salyan Regional Təhsil İdarəsi, Maliyyə-iqtisadiyyat sektoru, aparıcı məsləhətçi.   Elan üzrə sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir. Müsabiqə üzrə müsahibədə iştirak etmək istəyən namizədlər 1 may 2023-cü il tarixindən 30 may 2023-cü il saat 18:00-dək DİM-in internet portalında aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər: https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=517

Malayziyada təhsil – 2023/2024

Slovakiyada 2023-2024-cü tədris ili üçün təqaüd proqramı

Rumıniyada təhsil – 2023/2024

Elm və Təhsil Nazirliyi regional təhsil idarələrində aşağıdakı vəzifələr üzrə ümumi müsahibə ELAN edir:

1. Mil-Muğan Regional Təhsil İdarəsi – Maliyyə-iqtisadiyyat sektoru, sektor müdiri;  2. Şəki-Zaqatala Regional Təhsil İdarəsi – Oğuz rayonu üzrə təhsil sektoru, sektor müdiri;  3. Qarabağ Regional Təhsil İdarəsi – Maliyyə-iqtisadiyyat sektoru, aparıcı məsləhətçi;  4. Qarabağ Regional Təhsil İdarəsi – İnzibati-təşkilat sektoru, aparıcı məsləhətçi.      Elan üzrə sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir. Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 10 aprel 2023-cü il tarixindən 10 may 2023-cü il saat 18:00-dək DİM-in internet portalında aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:   https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=514      

Tacikistanda HTP çərçivəsində təhsil – 2023/2024

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində 2023-2024-cü tədris ilində təhsil imkanı

26/04/2024

Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti - - - Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq. Vətəndaşlar 146 – 0 – 10 nömrəsi ilə əlaqə yaratmaqla Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #ÇağrıMərkəzi

Ətraflı
26/04/2024

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin “Dinləyərək danışıram, oxuyaraq yazıram” layihəsi çərçivəsində V-IX sinif şagirdləri üçün dinləmə, danışıq, oxu və yazı dərsləri keçilib.

Ətraflı
26/04/2024

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri yaradılıb. Özü qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) zəruri köməklik göstəriləcək. Eyni zamanda valideynlər “ASAN xidmət” mərkəzlərində ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər. Valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər. Qeydiyyatla bağlı suallar yaranarsa, MÜTDA-nın 146 – 2 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. #ElmVəTəhsilNazirliyi #MÜTDA #BirinciSinfəqəbul

Ətraflı