Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
Aprelin 26-da “Elektron tibbi arayış” xidmətinin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində çıxış edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, ən çox tələb olunan tibbi arayışlar artıq elektronlaşdırılıb. Bununla da tibb müəssisələrindəki növbələr aradan qaldırılacaq.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, Elm və Təhsil Nazirliyi əhatə dairəsinə görə vətəndaşlara göstərilən elektron xidmətlər üzrə ölkənin ən böyük müəssisələrindən biridir. Nazir müavini əlavə edib ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən vətəndaşlara göstərilən daha bir xidmətin inteqrasiyası sahəsində işlər aparılır.
Təqdimatda qeyd olunub ki, arayışların elektron qaydada verilməsinə başlanılması vətəndaşlarda məmnunluq hissini daha da artırmış olur.
Sonra “Rəqəmsal tibbi həllər” MMC-nin direktor müavini Misirxan Sadıqzadə elektron tibbi arayışlar barədə təqdimatla çıxış edib. Direktor müavini tibbi arayışların elektron tərtibatı, eləcə də necə əldə olunmasına dair geniş məlumat verib.
26.04.2024 - 16:00
Elanlar
-
Təhsilverənlər arasında sorğu keçirilir
12.04.2024 - 13:40 -
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat üçün müraciətlərin qəbulu elan edilir
15.03.2024 - 17:32 -
"Azərbaycan müəllimi" qəzeti yenilənir - Rebrendinq müsabiqəsi
15.03.2024 - 09:59 -
Qarabağ Universitetində vakansiya - ingilis dili müəllimi
13.03.2024 - 14:10 -
Qarabağ Universitetində vakansiya - mərkəz direktoru
13.03.2024 - 14:05