• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi

İyulun 24-dən “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə start veriləcək.

Layihənin həyata keçirilməsində məqsəd bölgələrdə yaşayan gənclərin, tələbələrin karyera inkişafına, eləcə də iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına stimul verməkdir.

İyulun 31-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 8 bölgəsində yaşayan gənclər karyera və fərdi inkişaf təlimlərində,  intellektual yarışlarda iştirak edəcək.

“Təhsil avtobusu - 2017” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

2016-cı ildə keçirilən proqram nəticəsində 8 gün ərzində 2000 km yol qət edilib, Bakı və 4 rayonun (Lənkəran, Quba, Gəncə və Şəki) məktəblərindən 200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən 100 akademik saat təhsil proqramı və komanda-öyrədici oyunları keçirilib.

Yay məktəbi Təhsil Nazirliyi, “Engin” LTD MMC, “Kapital Bank”ın təşkilatçılığı, “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “ARB TV”, ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Edutainment.az”, “İstək” liseyi, “SABAH” qrupları, “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.

Layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV” və “Təhsil TV”-dir.


7 il əvvəl