Məktəbdənkənar müəssisənin əməkdaşları Çexiyada səfərdə olublar
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları Çexiya Respublikasında işgüzar səfərdə olublar.
Təhsil Nazirliyi, Çexiyanın Azərbaycandakı səfirliyi və Almaniya Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən təşkil olunan səfərdə mərkəzin direktoru Firuzə Sultan-zadə, metodistlər və dərnək rəhbərləri iştirak edib.
Səfər müasir tələblərə uyğun bilik və bacarıqların artırılması və Çexiya Respublikasının məktəbdənkənar təhsil müəssələrinin işi ilə tanışlıq məqsədi daşıyıb.
Səfər zamanı mərkəzin əməkdaşları Praqa, Brno və Plzen şəhərlərinin tanınmış ekoloji və turizm təhsil təşkilatlarının rəhbərləri ilə görüşüb, texnoloji mərkəzləri ziyarət ediblər. Bir sıra ekoloji təşkilatların təhsil sahəsindəki proqramlar və dərs vəsaitləri ilə tanış olub, bu proqramların Azərbaycanın məktəbdənkənar təhsilində tətbiq olunması barədə müzakirələr aparıblar.
7 il əvvəl
Digər xəbərlər
-
I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib
18.09.2024 - 12:27 -
Vətəndaş müraciətlərinin statistikası
17.09.2024 - 10:41 -
Bölgələrdə yeni tədris ilinin yenilənən məktəbləri
16.09.2024 - 18:36 -
Nazirliyin rəsmiləri paytaxt məktəblərindəki ilk dərs günündə
16.09.2024 - 17:01 -
Nazir müavini Firudin Qurbanov Xaçmazda məktəb açılışlarında
16.09.2024 - 16:30