13.12.2016

“Multikulturalizm ili”nə həsr olunmuş rəsm müsabiqəsinin yekun sərgisi

Təhsil Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə məktəblilər arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin yekun sərgisi keçirilib.

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keçirilən sərgidə Təhsil Nazirliyinin əməkdaşları, tanınmış rəssamlar və müsabiqə iştirakçıları iştirak edib.

Müsabiqəyə Azərbaycanın 35 bölgəsinin, Bakı şəhərinin ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin gənc rəssamları qatılıb.

Müsabiqənin respublika mərhələsinə bölgələrdən 125, Bakı şəhərindən 55 rəsm əsəri olmaqla 180 iş təqdim olunub.

Nəticələrə əsasən, 18 rəsm işi I, II və III yerlərə layiq görülüb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbindən olan gənc rəssamın işi münsiflər heyətinin xüsusi  mükafatı ilə təltif olunub.


Açar sözlər: ,