Yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunacaqlar.
Dərsliklərin böyük hissəsi yeni olacaq.
Ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. O cümlədən, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.
Əvvəlki illərdə hazırlanması baş tutmamış V sinif “Alman dili” və “Ərəb dili”, eləcə də, VII sinif “Fransız dili” dərslik komplektləri də çap prosesindədir və yaxın günlərdə yerlərə göndəriləcək.
Respublikanın Qax, Zaqatala və Balakən rayonlarının gürcü dili tədris olunan məktəbləri üçün I və II sinif dərslikləri gürcü dilinə tərcümə olunub və onlar hazırda çapdadır.
Yeni tədris ilində ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinif şagirdləri əvvəlki illərdə çap olunmuş və məktəb kitabxana fondlarındakı dərsliklər hesabına təmin olunacaqlar.
9 il əvvəl
Digər xəbərlər
-
Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib
28.04.2025 - 10:00 -
Nazir müavini Mir Cəlal Paşayevin yaradıcılıq gecəsində iştirak edib
27.04.2025 - 15:03 -
Qarabağ Universitetində Beynəlxalq COP simulyasiya konfransı işə başlayıb
26.04.2025 - 17:02 -
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
25.04.2025 - 16:54 -
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi üzrə bilik yarışı keçirilib
25.04.2025 - 12:19