Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək
23-24 noyabr 2021-ci il tarixlərində doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən konfrans gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədilə keçirilir.
Konfransın istiqamətləri aşağıdakılardır:
- Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);
- Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);
- Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat).
Qeyd edək ki, konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində fəlsəfə doktorları proqramı üzrə təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər. Konfrans iştirakçıları ali təhsil müəssisələri tərəfindən seçilir. Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər.
5 il əvvəl
Digər xəbərlər
-
Məktəblilərimiz beynəlxalq kimya və biologiya olimpiadalarında uğur qazanıblar
20.07.2026 - 18:00 -
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli tətbiq olunacaq
20.07.2026 - 17:01 -
Nazir müavini Həsən Həsənli “IT SkillSprint” proqramının bağlanış mərasimində iştirak edib
19.07.2026 - 13:00 -
Komandamız Avropa Universitet Oyunlarında ölkəmizi təmsil edir
18.07.2026 - 19:36 -
Nazir müavini Özbəkistanda bir sıra görüşlər keçirib
18.07.2026 - 10:44
