Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı 2021-ci il 23-24 noyabr tarixlərində Azərbaycan Texniki Universitetində keçirilsin, konfrans böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilsin.
2.Konfransın Təşkilat komitəsinin tərkibi, “Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransının Əsasnaməsi” təsdiq edilsin (əlavə 1və 2).
3. Ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2021-ci il 1 iyul tarixinədək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim edilməsini təmin etsinlər.
4. Azərbaycan Texniki Universitetinin rektoru (Vilayət Vəliyev) konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın, konfransın proqram və materiallarının nəşr edilməsini və konfransın nəticələri barədə Təhsil Nazirliyinə hesabatın təqdim olunmasını təmin etsin.
5. Elm, ali və orta ixtisas təhsil şöbəsi (Nicat Məmmədli) konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.
6.Maliyyə şöbəsi (Rauf Orucov) Azərbaycan Texniki Universiteti tərəfindən konfransın keçirilməsi ilə bağlı tələb olunan xərclər üzrə təqdim olunacaq maliyyə sifarişi əsasında Təhsil Nazirliyinin büdcəsində aidiyyəti tədbir üzrə nəzərdə tutulan vəsaitdən müvafiq məbləğin həmin universitetin hesabına köçürulməsini təmin etsin.
7.İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) əmrin çoxaldılıb ali təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
8. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə edilsin.
Əsas: Aparat rəhbərinin müavini Yaqub Piriyevin təqdimatı.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
29 mart 2021-ci il
F-114
Əlavələr:
1. Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransının Təşkilat Komitəsi
2. Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransının Əsasnaməsi