Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. Futzal yarışlarında ölkəmizi Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edib.
Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandası Avropa Universitet İdmanı Assosiasiyasının (EUSA) təşkil etdiyi yarışlarda ötən il Avropa çempionu adına layiq görülüb. Bu il isə ardıcıl ikinci dəfə finala yüksələrək turniri ikinci yerdə başa vurub və ölkəmizi uğurla təmsil edib.
Azərbaycan İdman Akademiyasının komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə təmin olunub.
25.07.2026 - 11:34
Digər xəbərlər
-
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb
01.10.2026 - 16:35 -
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
01.10.2026 - 10:18 -
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
30.09.2026 - 21:18 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək
29.09.2026 - 15:47 -
“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub
29.09.2026 - 15:11
