Ümumi məlumat
Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsidir.
Fəaliyyət istiqamətləri:
- Ümumi təhsilin məzmununun mütəmadi təkmilləşdirilməsi mexanizminin hazırlanması;
- Dövlət təhsil standartları əsasında fənn kurikulumlarının (proqramların) hazırlanmasının təşkili;
- Ümumi təhsil pilləsi üzrə baza tədris planlarının hazırlanması;
- Müəllim fəaliyyətinin qiymətləndirmə meyarlarının hazırlanmasına və tətbiqinə nəzarət;
- Tədrisin keyfiyyətini təmin etmək məqsədilə metodik xidmətin təkmilləşdirilməsinin təşkili;
- Məktəb inspeksiyalarının elmi-metodik təminatının hazırlanması;
- Məktəbdaxili qiymətləndirmə ilə bağlı normativ hüquqi aktların, metodik tövsiyələrin hazırlanması;
- Təhsilin keyfiyyətinin artırılması məqsədilə aparılmış müvafiq tədqiqatların nəticələri və digər qurumlardan əldə olunmuş statistik məlumatlar əsasında təhlili;
- Ümumtəhsil məktəblərinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, icbari ümumi orta təhsilin həyata keçirilməsi sahəsində təşkilati tədbirlərin keçirilməsi;
- Ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlıq qruplarına qəbulu və məktəbəhazırlıq qruplarının mövcud qaydalara uyğun komplektləşdirilməsi ilə bağlı təşkilati tədbirlərin keçirilməsi;
- Ümumtəhsil məktəblərində I (birinci) siniflərə şagird qəbulu, tədris digər dillərdə aparılan I (birinci) siniflərə qəbul zamanı müsabiqələrin aparılmasına rəhbərlik və nəzarət;
- Şagirdlərin təhsil proqramları (kurikulumlar) əsasında dərin və keyfiyyətli biliyə yiyələnməsinə, şagirdlərdə yüksək əxlaqi ideyaların, milli adət-ənənələrin, multikultral və ümumbəşəri dəyərlərin formalaşdırılmasına nəzarətin təşkili;
- Təmayül siniflərinin şəbəkəsinin genişləndirilməsi;
- Fənn olimpiadaları, müxtəlif müsabiqə və yarışların təşkili.
Sual-cavab:
Normativ sənədlər:
Ümumi təhsilin dövlət standartları
Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi
Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları
Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti
Təhsil müəssisələrində psixoloji xidmətin təşkili
Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları