• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 7-də akademik Zərifə Əliyeva adına orta məktəbə İKT avadanlıqları təqdim olunub.

Bu münasibətlə keçirilən təqdimat mərasimində təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və paytaxtın bir sıra məktəblərinin direktorları iştirak edib.
Məlumat üçün qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli Sərəncamına əsasən təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq məktəbə 4 noutbuk, 4 proyektor dəsti və 5 elektron lövhə verilib.
Məktəbin sinif otaqlarında quraşdırılmış İKT avadanlıq dəstləri vasitəsilə keçirilən dərslərdə iştirak edən nazir şagird və müəllimlərin hazırlıq səviyyəsi, bu avadanlıqlardan necə istifadə etmələri ilə yaxından tanış olub. Misir Mərdanov qeyd edib ki, son illər müasir cəmiyyətdə təhsilin vacib komponentlərinə çevrilmiş İKT ilə təhsil müəssisələrinin təmin olunması sahəsində xeyli iş görülüb və müvafiq Dövlət Proqramı çərçivəsində daha bir sıra mühüm işlərin reallaşdırılması nəzərdə tutulub. Nazir əlavə edib ki, həyata keçirilən layihələrdən biri də “Elektron məktəb” layihəsidir və Bakı şəhərində seçilmiş 10 qabaqcıl məktəbdə bu layihənin icrasına başlanılıb. Misir Mərdanov akademik Zərifə Əliyeva adına məktəbin də həmin məktəblər sırasında olduğunu diqqətə çatdırıb. Eyni zamanda nazir təhsil müəssisəsində quraşdırılmış İKT avadanlıqlarından müəllim və şagirdlərin səmərəli istifadəsi üçün texniki baxımdan hər cür şərait yaradıldığını vurğulayıb.
 Onu da qeyd edək ki, hazırda Zərifə Əliyeva adına məktəbdə İKT avadanlıqları ilə bərabər yüksək sürətlə internet və internet bağlantısı vasitəsilə videogörüntünü təmin edən fibrooptik kabel çəkilməkdədir. Bu işlər “Elektron məktəb” layihəsində iştirak edən digər məktəblərdə də həyata keçiriləcək. Həmin məktəblər həm Təhsil Nazirliyi, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə video bağlantılar yaratmaq imkanı əldə edə biləcək.
Sonda məktəbin direktoru Məhəbbət Vəliyeva rəhbərlik etdiyi təhsil müəssisəsində aparılan işlər barədə təhsil naziri Misir Mərdanova məlumat verib.


8 il əvvəl