İyunun 22-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin fənn proqramları müəllifləri ilə görüş keçirilib.
Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün 27 adda dərsliyin hazırlanması və tender yolu ilə çapının nəzərdə tutulduğunu bildirib. Bu fənlər üzrə əsasən 2000-2006-cı illərdə hazırlanmış tədris proqramlarının orta məktəb müəllimlərindən ibarət ekspert qrupları tərəfindən təhlil olunduğunu söyləyən nazir ötən dövrdə həmin fənn proqramları əsasında hazırlanan və çap edilən dərsliklərin məzmununda daha çox proqramdan irəli gələn qüsurlara təsadüf edildiyini nəzərə çatdırıb. Bəzən dərsliklərdə tədris olunan mövzuların müvafiq ardıcıllıqla verilməməsi, elmdə mübahisə doğuran məsələlərin yer alması, elmin yeni nailiyyətlərinin əksini tapmaması, iqtisadi həyatda baş verən dəyişikliklərin nəzərə alınmaması və mövzuların öyrənilməsinə ayrılmış saatların düzgün bölünməməsindən söz açan Misir Mərdanov bu kimi halların pedaqoji kollektivlərin haqlı narazılığına səbəb olduğunu qeyd edib.
Təhsil naziri bütün bunları nəzərə alaraq 2011-2012-ci tədris ilinə hazırlanması və tender yolu ilə çapı nəzərdə tutulan 27 adda dərsliyin fənn proqramlarında orta məktəb müəllimlərinin rəyləri nəzərə alınmaqla dəyişikliklərin aparılmasının zəruriliyini bildirib. Bu istiqamətdə səmərəli nəticələrə nail olmaq üçün bir sıra təklif və tövsiyələrini səsləndirən nazir yeni fənn proqramları hazırlandıqdan sonra onların müvafıq mütəxəssis və müəllimlərin iştirakı ilə müzakirə edilməsinin əhəmiyyətli olacağını vurğulayıb.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, ümumtəhsil məktəblərinin fənn proqramları müəlliflərinin məsələ ilə bağlı fikirləri dinlənilib.
9 il əvvəl
Digər xəbərlər
-
Prezident İlham Əliyev Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib
19.09.2024 - 16:10 -
Prezident İlham Əliyev Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib
19.09.2024 - 15:50 -
Biləsuvar rayonu Bəydili kənd tam orta məktəbinin açılışı olub
18.09.2024 - 17:49 -
I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib
18.09.2024 - 12:27 -
Vətəndaş müraciətlərinin statistikası
17.09.2024 - 10:41