"Fibonacci" intellektual yarışının I mövsümü yekunlaşıb
Məktəblilərarası onlayn "Fibonacci" intellektual yarışının I mövsümü başa çatıb.
I mövsüm 8 seçim oyunundan ibarət olub. Hər seçim oyununda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə təxminən 600-800 aralığında şagird, 80-100 arası komanda iştirak edib.
Mövsümün final turunda 35 komanda yarışıb. Oyunun nəticələrinə əsasən, I yeri Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin komandası ("Tesla"), II yeri Bakı Avropa liseyinin komandası ("Fortuna"), III yeri isə Bakı şəhəri 287 nömrəli tam orta məktəbin komandası (“Zəkalar”) tutub.
Uşaqların oyuna marağı nəzərə alınaraq, finala keçməyən komandalar üçün də iyulun 7-də həvəsləndirici final oyunu təşkil edilib. 27 komandanın yarışdığı oyunun nəticələrinə görə, Təhsil Nazirliyinin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin komandası (“Proqress”) I, Bakı şəhəri 264 nömrəli tam orta məktəbin komandası (“Kingsman”) II, 62 nömrəli tam orta məktəbin komandası (“Qızıl Alma”) III yerə layiq görülüb.
Hər iki oyunun qalib komandalarına Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim olunacaq.
"Fibonacci" intellektual yarışının II mövsümünə sentyabr ayında start veriləcək.
Bildirək ki, onlayn formatda V-VII sinif şagirdləri arasında keçirilən“Nə? Harada?Nə zaman?” yarışması da davam etdilir.
Qeyd edək ki, bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.
4 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək
21.11.2024 - 11:44 -
“QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
20.11.2024 - 10:38 -
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru ilə görüş keçirilib
19.11.2024 - 18:15 -
Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb
19.11.2024 - 17:53 -
Emin Əmrullayev Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru ilə görüşüb
19.11.2024 - 16:30