Təhsil Nazirliyində vətəndaşların qəbulu müvəqqəti dayandırılır
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı nəzərə alınaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il martın 20-dək fəaliyyətini dayandırır.
Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.
Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
4 il əvvəl
Digər xəbərlər
-
Tələbələr arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti
08.05.2024 - 15:50 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə!
08.05.2024 - 14:58 -
Bakıda PISA üzrə II ISESCO Nazirlər Konfransı keçiriləcək
08.05.2024 - 11:17 -
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə!
08.05.2024 - 10:09 -
Dünyaşöhrətli alim “Yeni çağırışlar”da
07.05.2024 - 16:54