Müəllimlər STEAM layihəsi üzrə Türkiyədə təlimlərdə
STEAM layihəsi çərçivəsində 25 nəfərlik pedaqoji heyət Türkiyənin İstanbul şəhərində keçirilən təlimlərdə iştirak edib.
Gəncə, Şəki, Zaqatala, Lənkəran, Biləsuvar, Şirvan, Quba və Sumqayıtdan təlimə cəlb olunan müəllimlər İstanbulda yerləşən Baxçaşəhər kollecində “STEAM təhsili nədir?” , “Mühəndislik və dizayn”,” Autodesk Fusion 360 3D proqramlaşdırma” , “Süni intellekt”, “Machine learning”, “Deep Learning”, “LEGO Ev3”, “Dron və insansız uçan hava aparatlarının proqramlaşdırılması və idarə edilməsi”, “CNC və 3d printerlərdə iş”, “Arduino proqramlaşdırılması və kiçik robotların hazırlanması” modulları üzrə bilik və bacarıqlara yiyələniblər.
Təlim çərçivəsində müəllimlər ağır istehsal sənayesində istifadə olunan robotların proqramlaşdırılması və iş prinsipi ilə tanış olublar.
Təlimlərdə iştirak edən müəllimlər Baxçaşəhər Universitetinin Müəllimlərin Təkmilləşdirilməsi, Peşəkar İnkişafı və Araşdırma Mərkəzi əsasında yaradılmış “BAUSTEM” mərkəzində seminara da qatılıb, STEAM dərslərində istifadə olunan müasir avadanlıqlarla tanış olub, müxtəlif tapşırıqlar yerinə yetirərək yeni cihazların iş prinsipi və müxtəlif layihələrdə tətbiq üsullarını öyrəniblər.
Sonda müəllimlərə sertifikatlar təqdim olunub.
6 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib
10.09.2026 - 17:00 -
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026 - 16:39 -
Nazir müavini Həsən Həsənli Qazaxda vətəndaşları qəbul edəcək
09.09.2026 - 16:10 -
Elm və təhsil naziri İTV-nin “Diqqət mərkəzi” proqramında qonaq olub
09.09.2026 - 12:14 -
“İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib
08.09.2026 - 17:55
