“İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə 2026-cı ilin birinci yarısında görülmüş işlərin nəticələrinə həsr olunmuş “İnsan kapitalı və təhsil” işçi qrupunun növbəti iclası keçirilib.
İclasda təhsil sahəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti, əldə olunan nəticələr, mövcud çağırışlar və növbəti dövr üçün prioritet istiqamətlər müzakirə olunub.
İşçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə çıxışı zamanı Strategiyanın icrası üzrə əldə olunan nəticələr barədə məlumat verib. Nazir müavini təhsilin keyfiyyətinin və beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılmasının əsas prioritetlərdən biri olduğunu qeyd edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Təranə Salıfova Strategiyanın icra müddətinin cari ildə başa çatdığını nəzərə alaraq, qarşıda duran mühüm addımları diqqətə çatdırıb. O, müəyyən edilmiş strateji çərçivəyə uyğun olaraq yekun hədəflərə nail olunması üçün zəruri tədbirlərin vaxtında və nəticəyönümlü icrasının vacibliyini vurğulayıb.
İİTKM-in İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov 2026-cı ilin birinci yarısı üzrə monitorinq hesabatını təqdim edib. Təqdimatda hədəf indikatorlar üzrə icra vəziyyəti, əldə olunan nəticələr, mövcud çətinliklər, təkliflər və növbəti dövr üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.
İclasda işçi qrup üzvləri, Elm və Təhsil Nazirliyinin aparatının və aidiyyəti struktur bölmələrinin nümayəndələri çıxış edərək fikir və təkliflərini bildiriblər. Çıxışlarda təhsil sahəsində həyata keçirilən islahatların nəticələri müsbət qiymətləndirilib.
08.09.2026 - 17:55
Digər xəbərlər
-
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05 -
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
21.10.2026 - 11:47
