• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Lənkəran rayonu Sütəmurdov kənd tam orta məktəbinin kimya müəllimi Xalidə Qurbanlıya həsr olunub. Xalidə müəllim 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək 53 bal toplayıb.

Xalidə Qurbanlı deyir ki, kimya sehrli bir aləmdir. Bu aləmi səyahət etmək, hər bir bağlı qapının açarını tapmaq kimidir. O, kimyanın tədrisi zamanı şagirdlərə həyatda, məişətdə ekoloji problemlərin həllində iştirak etmək bacarığı aşılamağa çalışır.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.


4 il əvvəl