Dünya ilə yarışan məktəblilərimiz
Azərbaycanlı məktəblilər bugünədək əksər beynəlxalq olimpiadalarda uğurlara imza atıblar. Məktəblilərimiz elə bu ay ərzində keçirilən beynəlxalq olimpiadalarda nailiyyətlər əldə edərək yarışmanın müxtəlif dərəcəli medallarına layiq görülüblər.
Belə ki, 7-14 iyul tarixlərində İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. 80 ölkədən təxminən 400 şagirdin iştirak etdiyi yarışda Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.
11-22 iyul tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında da (İMO2019) Azərbaycan məktəbliləri nailiyyət əldə ediblər. 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov 14-21 iyul tarixlərində Macarıstanın Szeged şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadasında bürünc medal əldə edib.
5 il əvvəl
Digər xəbərlər
-
“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib
31.05.2025 - 15:10 -
“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsinə mediatur təşkil olunub
31.05.2025 - 11:30 -
İdris İsayev Özbəkistanın ali təhsil, elm və innovasiyalar naziri ilə görüşüb
30.05.2025 - 19:52 -
Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib
30.05.2025 - 17:00 -
“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib
30.05.2025 - 16:30