• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəbimizdə” – fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Cəbrayıl rayonu Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbindən çəkilib.

Məktəb 1920-ci ildə Cəbrayıl rayonu Çərəkən kəndində fəaliyyətə başlayıb. 1993-cü ildən Sabirabad rayonu ərazisində yerləşən “Qalağayın” çadır şəhərciyində fəaliyyət göstərib. 2007-ci ildən isə Biləsuvar rayonunda yerləşən 11 saylı Cəbrayıl qəsəbəsində fəaliyyətini davam etdirir.

Məktəbdə 22 müəllim işləyir. 2018-2019-cu tədris ilində məktəbdə 225 şagird təhsil alıb. Ötən il məktəbin məzunlarından 8 nəfər tələbə adını qazanıb.

"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.


4 il əvvəl