• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir

Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib.

“Sərhəd” hərbi-idman oyunları Təhsil NazirliyiDövlət Sərhəd XidmətiGənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq respublikamızın sərhəd zonasında yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında təşkil edilir.

Oyunların keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə hörmət ruhunda tərbiyə etmək, yaradıcı düşünən sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.

Oyunların nəticələrinə əsasən, I yeri Beyləqan rayonu Araz qəsəbəsi tam orta məktəbin “Araz” komandası, II yeri Siyəzən rayonu 1 nömrəli tam orta məktəbin “Sərhədçi” komandası, III yeri isə Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin” komandası tutub.

Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.


5 il əvvəl