• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Vətən” İdman Liseyinin təmsilçiləri ölkə birincisi olub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə müxtəlif yaş qrupları arasında təşkil olunan liqaların final oyunları keçirilib.

8 yaş qrupunda (U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17) yarışlara qatılan “Sabah” futbol klubunun komandalarının tərkibində “Vətən” İdman Liseyinin yetirmələri uğurlu nəticə göstərib.

Belə ki, liseyin 10, 14 və 17 yaş qruplarından ibarət “Sabah” futbol klubunun yığma komandaları qızıl, 11 və 16 yaş qruplarından ibarət komandalar gümüş medal qazanıb. 15 yaş qrupundan ibarət komanda isə bürünc medala layiq görülüb.

Liseyin təmsilçiləri ümumilikdə 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanaraq medalların əyarına görə ölkə birincisi olub. Futbol üzrə 7 təmsilçi isə müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.


4 il əvvəl