• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH teatrı beynəlxalq festivalda

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) SABAH qrupları Türkiyədə 33-cü Dənizli Beynəlxalq Həvəskar Teatr Festivalında iştirak edib.

Dünyanın bir çox ölkələrindən və Türkiyənin müxtəlif şəhərlərindən teatr kollektivlərinin qatıldığı bu festivalda ADMİU-nun SABAH qruplarının müəllim heyəti, III kurs “Aktyor sənəti” ixtisasının tələbələri və SABAH məzunları “Hərə bir qəhrəman” və “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşaları ilə iştirak ediblər.

Tamaşalar böyük maraqla qarşılanıb.

Festivalın sonunda iştirakçılar sertifikatla mükafatlandırılıb.


5 il əvvəl