• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan SABAH qruplarının tələbələri ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş “Philip C. Jessup”  Beynəlxalq Məhkəmə müsabiqəsində iştirak edib.

Müsabiqədə  Elnarə Yusibova  və Sonaxanım Qaybaliyeva ölkəmizi təmsil ediblər.

Qeyd edək ki, bu müsabiqə ilk dəfə 1960-cı ildə Harvard Universitetinin iki komandası arasında keçirilib. Müsabiqənin məqsədi hüquq tələbələrinin vəkillik, hüquqi yazı, hüquqi araşdırma qabiliyyəti və  hüquqi nitq kimi mühüm bilik və bacarıqlarının inkişaf etdirilməsidir.

Beynəlxalq Hüquq Tələbələri Assosiasiyasının təşkilati dəstəyi ilə (ILSA) keçirilən müsabiqədə bu il 100-ə qədər ölkə 3000-ə yaxın tələbə tərəfindən təmsil olunub.


5 il əvvəl