• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

Aprelin 10-da Moskvada keçirilən Moskva Beynəlxalq Təhsil Salonu-2019 – da Təhsil Nazirliyinin və beynəlxalq "Algoritmika" şirkətinin birgə pilot layihəsi olan "Rəqəmsal bacarıqlar” ayrıca stenddə təqdim olunub.

Layihə çərçivəsində keçirilən sərgidə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib.

Layihənin stendinə sərgidə iştirak edən bir sıra ölkələrin təhsil müəssisələrinin nümayəndələri maraq göstəriblər.

Proqram çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov, "Algoritmika" beynəlxalq təhsil şirkətinin təsisçisi və baş icraçı direktoru Andrey Lobanov  keçirilən panel müzakirələr və “dəyirmi masa”larda iştirak edəcəklər.

Qeyd edək ki, Moskva Beynəlxalq Təhsil Salonu MDB məkanında təhsil sahəsində ən böyük tədbirdir. 2019-cu ildə Beynəlxalq Təhsil Salonunun mövzusu "Yeni subyektiv təhsil. Keçid nöqtəsi"dir.

Təşkilatçıların məlumatına görə, Beynəlxalq Təhsil Salonu-2019-da 650-yə yaxın tədbir keçiriləcək. Sərgidə ümumilikdə 1000-dən çox ekspert, 400 eksponent və təxminən 50 min ziyarətçinin bir araya gəlməsi gözlənilir.

Moskva Beynəlxalq Təhsil Salonu 2019-da 28 beynəlxalq nümayəndə heyətlərinin üzv olan 37 ölkə iştirak edir. Moskva Beynəlxalq Təhsil Salonu aprelin 13-dək davam edəcək.

“Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi, eləcə də 2 özəl ümumi təhsil müəssisəsini, ümumilikdə 26 mindən artıq şagirdi əhatə edir.


5 il əvvəl